Nəsimi rayonunda bələdiyyə seçkiləri seçicilərin fəallığı şəraitində keçirilib
24.12.2019 [09:28]
Rayonda seçkiləri izləyən beynəlxalq müşahidəçilər də prosesin şəffaf və qanunvericiliyə uyğun keçdiyini bildiriblər
Məlum olduğu kimi, dünən ölkəmizdə növbəti dəfə - bələdiyyə seçkiləri keçirilib. Ölkənin hər yerində, o cümlədən üç seçki dairəsi üzrə 78 məntəqənin və 108 min 23 seçicinin qeydə alındığı Nəsimi rayonunda da seçici fəallığı yüksək olub. Baş çəkdiyimiz 22 saylı Nəsimi II Seçki Dairəsi və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə məntəqələrdə həm seçicilər, həm də beynəlxalq müşahidəçilər seçkilərin azad və demokratik şəraitdə keçdiyini qeyd ediblər.
Məsələn, 1208 seçicinin qeydə alındığı 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 11 saylı seçki məntəqəsinin MnSK sədri Azər Babayev deyib ki, seçki məntəqələrində seçicilərin rahat şəraitdə səs vermələri, müşahidəçilərin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb: “Gün ərzində məntəqədə müşahidə aparan xarici müşahidəçilər də səsvermənin normal getdiyinin, heç bir qanun pozuntusunun baş vermədiyinin şahidi olublar”.
Həmin məntəqədə ilk dəfə səs verən 18 yaşlı Şükürov Habil isə “Tamamilə sərbəst şəkildə öz namizədimə səs verdim” - deyib.
Öz növbəsində 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən qazaxıstanlı müşahidəçilər Gülnar Kassenova və Yelimsarika Arailyn “Yeni Azərbaycan” qəzetinə açıqlamalarında deyiblər ki, bələdiyyə seçkiləri sakit və demokratik şəraitdə keçir. Onların sözlərinə görə, çox vacib amil odur ki, insanlar seçkilərə böyük əhval-ruhiyyə ilə gəlirlər. O, da qeyd olunub ki, xarici ölkələrdən müşahidəçilərin dəvət edilməsi onu göstərir ki, Azərbaycanda bələdiyyə seçkiləri açıq və sərbəst keçirilir.
22 saylı Nəsimi II Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində də seçki prosesi seçicilərin yüksək fəallığı ilə davam edib. MnSK sədri Sevil Hümbətova seçici siyahısında 1471 nəfərin adının olduğunu deyib. Məntəqədə səs verən ən yaşlı seçici isə 1924-cü il təvəllüdlü Məmmədrza Hacı-Dadaş olub. Seçkini müşahidə edən siyasi partiyaların nümayəndələri də prosesin gedişindən razılıqlarını ifadə ediblər. Məsələn, Ana Vətən Partiyasından müşahidəçi qismində seçkini izləyən Namiq Qafarov deyib ki, seçki azad və ədalətli şəkildə keçirilib.
22 saylı Nəsimi II Seçki Dairəsinin 26 saylı seçki məntəqəsində də seçicilər səsvermədə fəal iştirak ediblər. MnSK sədri Baxşıyev Ağamayılın qəzetimizə verdiyi məlumata görə, 1431 nəfər seçici siyahıda yer alıb ki, onlardan da ən yaşlısı 1923-cü il təvəllüdlü Həsənova Bəyim Bəylər qızıdır. O cümlədən səsverməyə gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildiriblər. Seçicilərdən Samirə Əsədova hesab edir ki, uğurlu gələcək naminə seçkilərdə fəal iştirak etmək vacibdir.
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 1238 seçicinin qeydiyyatda olduğu 15 saylı məntəqənin sədri Fərid Mehdiyev isə bildirib ki, səhər saatlarında gənc nəslin nümayəndələri daha fəal olub. Sözügedən seçki dairəsinin 14 saylı seçki məntəqəsində də səsvermənin gedişini izləmək imkanımız oldu. MnSK sədri Dilşad Əsgərova 1314 nəfər seçicinin adının siyahıda qeyd olunduğunu və indiyədək heç bir qanun pozuntusunun qeydə alınmadığını deyib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33

