Fiziki qüsurlu insanlara göstərilən diqqət və qayğı son illər xeyli artıb
07.01.2010 [01:23]
Cəmiyyətimizin bir hissəsini təşkil edən fiziki qüsurlu insanlara göstərilən diqqət və qayğı son illər xeyli artıb. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi rol oynayır. Hazırda Heydər Əliyev Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə bu insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir. BMT-nin xətti ilə bütün dünyada 2008-ci il “Məhdud imkanlı şəxslərə İKT imkanları yaradaq” devizi ilə qeyd edilsə də, hələ bundan əvvəl Azərbaycanda ilk belə təşəbbüs Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb. Fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilib. Layihə kor və zəif görən uşaqlar üçün respublika internat orta məktəbində müvafiq mərkəzin yaradılmasına imkan verib. Bu işin davamı olaraq, Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında Gəncədə Regional İnformasiya Mərkəzi yaradılıb. Mərkəzin xidmətindən qərb rayonlarında yaşayan 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcək. Hazırda müvafiq mərkəz Naxçıvanda da yaradılır. RİTN-nin şöbə müdiri Rüfət Gülməmmədov bildirib ki, Gəncədəki Regional İnformasiya Mərkəzində olan bütün imkanlar Naxçıvan şəhərində tikilən müvafiq mərkəzdə də yaradılacaq.
Mərkəzin xidmətindən şəhərdə, eləcə də muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsuru olan insanlar yararlana biləcəklər. Müasir texnologiyalarla təchiz olunacaq mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana, ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter salonu fəaliyyət göstərəcək. Səsyazma studiyasının köməyi ilə 50 adda audiokitab fonduna malik kitabxananın zənginləşdirilməsi nəzərdə tutulub. Sürətli internetlə təmin olunacaq mərkəzdə 20 kompyuterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl printeri və displeyləri, müxtəlif dillərdə nəşrləri səsləndirəcək oxu maşını quraşdırılacaq. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompyuterlərə böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən kompyuter oyunlarının təşkili nəzərdə tutulub. Regional İnformasiya Mərkəzinin internet saytı isə istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, “tanışlıq” bölməsinin köməyi ilə ünsiyyət qurmağa imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

