Sumqayıt hadisələri erməni millətçilərinin Azərbaycana qarşı düşünülmüş təxribatı idi
23.11.2019 [10:52]
Bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün xeyli əvvəl başladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu
Məlum olduğu kimi, bütün dövrlərdə ermənilər azərbaycanlılara qarşı qətliamlar, soyqırımları törədiblər. Bizə məxsus torpaqlarda özlərinə dövlət quran işğalçı qonşularımız, eyni zamanda, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün hər cür iyrəncliklərə baş vurublar. Ermənilər tərəfindən həmçinin keçmiş SSRİ dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılıb və nəticədə mənfi ictimai fikir formalaşdırılıb.
Bu mənada 1988-ci ilin Sumqayıt hadisələri də erməni millətçilərinin Dağlıq Qarabağı işğal etmək üçün məqsədyönlü şəkildə işləyib hazırladıqları məkrli planın bir hissəsi olub. Daha dəqiq desək bəhs edilən hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ xeyli əvvəl başladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu. Noyabrın 21-də Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdəki çıxışında bu məqama toxunan Prezident İlham Əliyevin də bildirdiyi kimi, Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Dövlət başçısının sözlərinə görə, bütün bunlarda məqsəd Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi olub.
Bu məqamda bildirmək yerinə düşər ki, ümumiyyətlə, XX əsrin sonunda Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin tarixən yaşadıqları torpaqlardan zorakılıqla və kütləvi qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və anneksiya siyasətini və bu məqsədə nail olmaq məqsədilə zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni şovinist ideoloqları və ekstremist təşkilatları hələ 80-ci illərin sonlarında hərəkətə keçmişdilər. Məsələn, artıq 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kampaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu.
1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistanın Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. Yanvar-fevral aylarında Ermənistan SSR-dən zorla qovulmuş 4 min nəfərdən çox azərbaycanlı Azərbaycana gələrək, əsasən, Sumqayıtda məskunlaşdı. Fevralın 8-də erməni millətçiləri Xankəndidə DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar və ayın 12-də DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər. Münaqişənin başlanmasında ilk qanı məhz ermənilər tökdülər. 1988-ci il fevralın 22-də DQMV Xalq Deputatları Sovetinin ayrılma barədə qərarına etiraz edən dinc azərbaycanlılara Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlıları atəş açdılar. Ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu.
Bir sözlə, 1988-ci il fevralın 27-29-da Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə ermənilərin bu sıradan olan məqsədyönlü təxribatlarının kulminasiyası idi. Bu məqamda bir vacib məsələni də vurğulamaq yerinə düşər. Belə ki, həmin hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülmədi. Yaranmış gərgin şəraitdə, ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirildi.
Yuxarıda da vurğuladığımız kimi, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdəki çıxışında Prezident İlham Əliyev bildirib ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi: “Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi”.
Beləliklə, hər şey gün kimi aydındır. Bu gün hər kəsə bəllidir ki, Sumqayıt hadisələri erməni millətçilərinin Azərbaycana qarşı düşünülmüş təxribatı idi. Lakin mənfur düşmənlərimizin bu planları da sonradan ifşa edilib. Daha dəqiq desək, Ermənistan və erməni lobbisi tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25

