Ermənistanın mövcud rejimi də işğalçılıq siyasətini davam etdirməkdə maraqlıdır
06.11.2019 [09:36]
Nikol Paşinyanın son bəyanatları bunu bir daha təsdiqləyir
Ermənistanda mövcud olan daxili gərginlik və xarici siyasətdə davam edən uğursuzluq seriyasının fonunda işğalçı dövlətin baş naziri Nikol Paşinyan yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı spekulyativ bəyanatlar səsləndirməyə başlayıb. Son dövrlər danışıqlarda irəliləyiş olmadığı barədə səslənən iddialara cavab olaraq primitiv fikir bildirən Paşinyan son nəticədə daxili və xarici ekspertlərin qınağına tuş gəlib.
Onun son sərsəmləmələrinin məğzinə gəlincə, özünün “Facebook”dakı profilindən birbaşa yayımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir hakimiyyəti dövründə danışıqlar prosesini dalana dirədiyi faktını guya inkar etməyə çalışıb. Bu isə onun növbəti dəfə tənqid hədəfinə tuş gəlməsinə səbəb olub. Belə ki, Respublikaçı partiyanın sədr müavini Armen Aşotyan N.Paşinyanın danışıqlar prosesinin bütöv paketindən xəbərsiz olduğunu, məsələyə təkəbbürlü və qeyri-ciddi yanaşması ilə seçildiyini deyib. Onun sözlərinə görə, Nikol Paşinyan yenidən məsələyə manipulyativ yanaşıb, heç bir xüsusi yanaşma sərgilənməyib, hökumətin mövqeyinə aydınlıq gətirilməyib.
N.Paşinyanın danışıqlar masası ətrafında erməni xalqı üçün münasib həll variantı tapılacağı halda bunun ümumi müzakirəyə çıxarılacağı, lazım gələrsə, referendum keçiriləcəyi ilə bağlı iddiasına gəlincə, bu da Ermənistan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Beləliklə, əslində Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirilməsi ehtimalı ilə bağlı iddiaları Ermənistanın mövcud rejiminin də işğalçılıq siyasətini davam etdirməkdə maraqlı olduğunu təsdiqləyir.
Öz növbəsində onun Dağlıq Qarabağda referendum keçirilməsi ehtimalına münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır: “Dağlıq Qarabağ adlı ayrıca inzibati qurum yoxdur ki, orada nəsə bir tədbir keçirəsən. 1991-ci il noyabrın 26-na qədər Dağlıq Qarabağ Muxtar Vilayəti var idi, həmin vaxt bu qurumun statusuna xitam verildi və bu gün də mövcud deyil. Hazırda orada tanınmamış separatçı cinayətkar qurum müvəqqəti mövcuddur və onlar da gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklər”.
E.Məmmədov deyib ki, Paşinyanın Dağlıq Qarabağda referendum keçirilməsi barədə fikri beynəlxalq hüquq normalarına ziddir: “Bu gün Dağlıq Qarabağda 50 min erməni qala-qalmaya, amma Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı 80 min nəfərdən çoxdur. Ermənilər hansı əsasla, hansı hüquqla orada referendum keçirmək istəyirlər? Azərbaycanda isə bu referendumun keçirilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası var və bütün hüquq və vəzifələr də bu Konstitusiya ilə tənzimlənib. Ermənilərin bu prosesdə yeganə məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək və ölkənin ərazisini genişləndirməkdir”.
Milli Məclisin deputatı onu da əlavə edib ki, hazırda Nikol Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında heç bir siyasi nüfuzu yoxdur, bu üzdən sərsəm bəyanat və təkliflərlə çıxış edir.
Beləliklə, Ermənistanın daxilində mövcud olan gərgin vəziyyətin fonunda N.Paşinyan yenidən məsələyə manipulyativ yanaşma ilə seçilib. Əksər ekspertlərin vurğuladığı kimi, onun münaqişənin həlli ilə bağlı vaxtaşırı səsləndirdiyi absurd fikirlər və bəyanatlar isə mövcud rejimin işğalçılıq siyasətini davam etdirməkdə maraqlı olduğunu göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

