/ / “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabı ölkələrimizin əlaqələri barədə dəyərli mənbədir
“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabı ölkələrimizin əlaqələri barədə dəyərli mənbədir
09.10.2019 [09:29]
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Rəfiqə Hüseynzadənin müəllifi olduğu “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” adlı kitabda ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən münasibətlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir.
AZƏRTAC xəbər verir ki, Londonda “Senate Publishing” çap evi tərəfindən nəfis tərtibatda nəşr edilən kitabda Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafındakı xidmətlərindən bəhs olunur.
Nəşrdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə Dövlət naziri Alan Dunkanın, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun, Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun, BP qrupunun baş icraçı direktoru Robert Dadlinin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Azərbaycan ilə Birləşmiş Krallıq, eləcə BP arasında əlaqələr, bir çox sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikirləri yer alır.
Kitabda Azərbaycanın qədim tarixinə, zəngin mədəniyyətinə nəzər salınır, tarixi abidələrimiz haqqında məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan qədim dövrlərdən Zərdüştliyin mərkəzlərindən biri olub. Bu, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətində tutduğu mövqe və göstərdiyi təsirin müəyyənləşdirilməsi baxımından çox aktualdır. Paytaxt Bakının yaxınlığındakı Yanardağ əsrlərboyu maraq doğurub. İndiyədək aparılmış arxeoloji tədqiqatlar Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya yerlərindən biri olduğunu göstərir. Qazıntılar zamanı Azərbaycanda iki milyon il əvvəl insan sivilizasiyasının izləri aşkarlanıb.
Nəşrdə Azərbaycanın böyük tarixə malik neft sənayesindən ətraflı bəhs olunur. Dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının hələ XIX əsrin ortalarından başlandığı diqqətə çatdırılır. Müəllif Azərbaycan neftinin tarixindən bəhs edərkən daha qədim dövrlərə ekskurs edir, italyan səyyah Marko Polonun Bakı nefti ilə bağlı qeydlərinə də yer verib.
Azərbaycanın ta qədimdən müasir dövrədək tarixi haqqında oxuculara ətraflı məlumat verən Rəfiqə Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və möhkəmlənməsində xidmətlərini xüsusi vurğulayıb.
Kitabda Azərbaycanla Böyük Britaniya arasında ilk əməkdaşlıq əlaqələrinin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyası tərkibində olduğu zaman yarandığı qeyd edilir. Bildirilir ki, 1992-ci ilin martında ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ilin fevralında Böyük Britaniyaya ilk rəsmi səfəri, orada keçirdiyi çoxsaylı görüşləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Münasibətlərimizin yüksələn xətt üzrə inkişafı siyasi, iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlığı əhatə edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu əməkdaşlığı Prezident İlham Əliyev uğurla davam və inkişaf etdirir.
Müəllif, həmçinin SOCAR-ın nailiyyətlərindən, BP ilə uğurlu əməkdaşlığından söhbət açır. Bundan başqa, Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin reallaşdırdığı qlobal enerji, nəqliyyat layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu haqqında məlumat verir.
Kitabda Azərbaycanın idman nailiyyətlərindən də bəhs olunur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

