“Qoy Azərbaycan xalqı da görsün ki, onlar nəyə xidmət edirlər”
05.10.2019 [09:54]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov oktyabrın 3-də “Qarabağ”ın oyununda ermənilərin törətdiyi təxribatdan danışıb. S.Novruzov “Qafqazinfo”ya açıqlamasında cəsarətli və qətiyyətli addımlarına görə futbolçularımıza təşəkkür edib: “Düdelanj”ın meydançasında 4 qol vurmaq elə həmin təxribata cavab idi. Ümumiyyətlə, ermənilər təxribat törətməklə idmanı da siyasiləşdirməyə can atırlar. “Eurovision” müsabiqəsində də belə təxribat var idi. Təqdimatı həyata keçirən diktorun əlindəki emblemin arxasında Ağrı dağının şəkli var idi. Halbuki Ağrı dağı Türkiyənin ərazisindədir. Dədə-babadan da türkün olub və türkün də olacaqdır”.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti Soçidə çıxışında “Qarabağ Azərbaycandır” deyərək məsələyə nida vurdu: “Dağlıq Qarabağ əzəli və əbədi olaraq Azərbaycanın torpağıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın Ali Baş Komandanı, hər bir əsgəri, idmançısı və vətəndaşı bu məsələdə heç bir güzəştə gedə bilməz. Ermənilər bu məsələni uzatmaqla çalışırdılar ki, insanların yadından çıxarsınlar və buna sonradan hüquqi don da geyindirdilər. Lakin yeni yetişən gənc nəsil, bütövlükdə Azərbaycan xalqı gündən-günə Qarabağa daha da yaxınlaşır. İstər aprel döyüşləri, istərsə ATƏT-in həmsədrlərindən biri olan bir ölkənin ərazisində ölkə başçısının etdiyi çıxış, istərsə də Azərbaycan futbolçuları Avropanın mərkəzində buna birdəfəlik nöqtə qoydular”.
Siyavuş Novruzov təxribatı törədənlərə stadionda kimlərsə tərəfindən istiqamət verildiyini də nəzərə çatdırıb: “Orada stadionda kimsə var idi ki, kənardan onlara birbaşa istiqamət verirdi. Yəni təxribat stadionun özündə qurulmuşdu. Meydança sahibləri, hakim, Lüksemburqun idman naziri futbolçularımızdan üzr istədilər. Ancaq bu, əsas deyil. Birbaşa Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir. Ona görə ki, bu cür oyunları təşkil edə bilmirlər.
Fikir verirsinizsə, nə üçün beynəlxalq tədbirləri, yarışları Azərbaycanda keçirirlər?! Biz hətta ermənilərin beynəlxalq yarışlarda Azərbaycana gəlməsinə və onların təhlükəsizliyinin qorunmasına tam şəkildə zəmanət vermişik. Onlar müxtəlif yarışlarda da gəlib Bakıda iştirak ediblər. Çünki Azərbaycan bütün bu məsələlərin məsuliyyətini dərk edir. Dərk etdiyinə görə də həm təhlükəsizlik, həm də hər hansı təxribat baxımından hər bir məsələni ölçüb-biçir. Ona görə də bütün beynəlxalq forumları, dövlət başçılarının görüşlərini, beynəlxalq idman, musiqi yarışlarını təşkilatçılar həmişə Azərbaycana böyük məmnuniyyətlə salırlar.
Avropa Liqasının final oyunu Bakıda keçirildi. 70 min azarkeşin toplandığı stadionda heç bir təxribat baş vermədi. Halbuki qabaqcadan deyirdilər ki, hansısa təxribatlar ola bilər.
Lakin Avropanın mərkəzində belə bir tədbir keçirilən zaman bu baş verdi. O dronun yerinə hər hansı terror aktı da baş verə bilərdi. Deməli, bunların təhlükəsizlik orqanlarının işi bundan ibarətdir. Ya onlar işləmirlər, yerində deyillər, ya da ki, təxribat törədənlərlə birbaşa əlbirdilər. Bunun başqa adı yoxdur”.
Onun sözlərinə görə, bu gün adını azərbaycanlı qoyub mühacir həyatı yaşayan, Azərbaycan əleyhinə iş aparan vətən xainləri Dağlıq Qarabağla və dünənki oyunla bağlı bir kəlimə də olsun ermənilərə qarşı münasibətlərini bildirməyiblər: “Bir də görürsən ki, kimlərsə Azərbaycan səfirliyi qarşısında piket keçirir. Müxtəlif təhqiramiz ifadələr işlədirlər. Buradan arvad paltarında Azərbaycandan qaçan, yalandan özünü siyasi mühacir elan edən insanlar bir daha onu göstərdilər ki, erməni lobbisinin hesabına anti-Azərbaycan fəaliyyəti göstərirlər. Çünki dünənki (oktyabrın 3-dəki - red.) hadisə nümunədir. İndiyə kimi biri də səsini çıxarmayıb. Lüksemburqa yaxın yerlərdə yaşayanlar var. Niderlandda qalanlar var. 1 saatlıq yoldur oraya getmək. Toplaşıb Lüksemburqda aksiya keçirə bilərlər. Ancaq biz bunu görmürük. Qoy Azərbaycan xalqı da görsün ki, onlar nəyə xidmət edirlər. Onlar vətən xainləridir”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

