Vüqar Rəhimzadə: Bu, Ermənistana və bütün dünyaya ünvanlanan bəyanatdır
05.10.2019 [09:53]
Bu gün Azərbaycan regionda və dünya miqyasında mehriban qonşuluq siyasəti yürüdür, bir çox ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa önəm verir. Bu sırada Rusiyanı xüsusi vurğulamaq lazımdır. Uzun illərdir ki, ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin formalaşmasında ölkə başçılarının şəxsi təşəbbüsləri xüsusi qeyd edilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərini şərh edərkən bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri, keçirdiyi görüşlər, Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakı mühüm məqamlarla yadda qaldı: “Möhtərəm Prezidentimizin Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə qeyd edildi ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr möhkəmlənir, ötən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollara bərabər olub. Bu və digər amillər göstərir ki, Azərbaycan-Rusiya əməkdaşlığı yüksək səviyyədədir və gələcək üçün böyük perspektivlər mövcuddur. Dövlətimizin başçısının “Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur” fikirləri də bu reallığı bir daha təsdiq edir”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Prezident İlham Əliyevin Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı və mühüm mesajlar verməsi həqiqətlərimizin təbliği və ölkəmizin milli maraqlarının müdafiə edilməsi istiqamətində kifayət qədər yüksək qiymətləndirilir: “Dövlətimizin başçısı bütün beynəlxalq tribunalardan hər zaman Azərbaycanın gələcək strateji hədəflərini bəyan edir, milli maraqlarımızı qətiyyətlə qoruyur. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyimiz, problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkün ola biləcəyi vurğulanır. Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında da əsas mövzu bu istiqamətdə olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, işğal faktından və onun acı nəticələrindən bəhs edib. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini bəyan edib”.
V.Rəhimzadə əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxışı zamanı Paşinyanın da layiqli cavabını verib: “Möhtərəm Prezidentimiz Ermənistan baş naziri Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu xüsusi olaraq diqqətə çatdırıb “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə sərt cavab verib. Bu, Ermənistana və bütün dünyaya ünvanlanan bəyanatdır. Hər kəs bir daha bilməlidir ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və gec-tez bu qədim torpaqlarımız işğaldan azad olunacaq, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

