/ / Ekspert: Paşinyan populist xarakterli səs-küy salmaqdansa, Prezident İlham Əliyevin Soçidəki bəyanatından nəticə çıxarsın
Ekspert: Paşinyan populist xarakterli səs-küy salmaqdansa, Prezident İlham Əliyevin Soçidəki bəyanatından nəticə çıxarsın
05.10.2019 [09:53]
Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı beynəlxalq auditoriyaya hesablanıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Baş redaktor deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl işğal olunmuş ərazilərimizdə çıxış edərkən “Qarabağ Ermənistandır və nöqtə” kimi qeyri-ciddi və daxili auditoriyaya hesablanmış populizm xarakterli fikir səsləndiribsə, Prezident İlham Əliyevin Soçidəki kifayət qədər sərt və layiqli bəyanatı məhz beynəlxalq auditoriyaya hesablanıb. Daxili və xarici siyasətində iflasa uğrayan Ermənistanın hökumət başçısının daxili auditoriya üçün səsləndirdiyi uğursuz ifadə qarşısında dövlətimizin başçısının bəyanatı işğalçı ölkənin onsuz da olmayan nüfuzunun daha da aşağı düşməsinə səbəb oldu. Prezident İlham Əliyev sözügedən bəyanatını məhz Rusiyada səsləndirərkən, bu reallığı da siyasət adamlarının diqqətinə çatdırdı. Çünki bu gün Azərbaycanla Rusiya arasında mövcud olan və daha da inkişaf etdirilən strateji tərəfdaşlıq, yaxın qonşuluq, etibarlılıq prinsipi Paşinyan Ermənistanını bütün cəhətlərdən dalana dirəyib.
Ekspert əlavə edib ki, bütövlükdə Rusiyanın Azərbaycanla münasibətlərin daha da dərinləşməsi marağında olması faktı öncələr təşkil olunmuş sammit və görüşlərdə də sübuta yetirilib. Uzağa getməyək, ötən ilin dekabrında MDB dövlət başçılarının Sankt-Peterburq sammitini xatırlaya, həmin sammitdə Nikol Paşinyana qarşı istər Rusiya, istərsə də digər ölkələr tərəfindən sərgilənən etinasızlığa, Azərbaycan Prezidenti İlham Əliyevə isə göstərilən diqqətə nəzər sala bilərik. Məhz “Valday” sammiti də bu diqqətin, tərəfdaşlığın və əməkdaşlıq marağının bariz göstəricisidir.
Daha bir məqam isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bəyanatıdır. O, bu bəyanatında Nikol Paşinyanın Qarabağdakı fikirlərini tənqid edib, bu fikirlərin danışıqlar prosesinə xələl gətirdiyini qeyd edib.
“Azərbaycan dövlətinin başçısı beynəlxalq miqyasdakı bəyanatında bir daha vurğuladı ki, işğal altındakı torpaqlarımız hər an istənilən yolla azad oluna bilər və bu, ölkəmizin, xalqımızın beynəlxalq konvensiyalara, qanunlara söykənən hüququdur. Paşinyan və ətrafı daxili auditoriyaya hesablanmış populist xarakterli səs-küy salmaqdansa, nə qədər gec deyil Prezident İlham Əliyevin Soçidəki bəyanatından nəticə çıxarsın”, - deyə Bəhruz Quliyev qeyd edib.
Xəbər lenti
Hamısına baxTurizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13

