/ / Etibar Nəcəfov: Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdə sosial ədalətin və bərabərliyin bərqərar olmasının əsas amillərindəndir
Etibar Nəcəfov: Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdə sosial ədalətin və bərabərliyin bərqərar olmasının əsas amillərindəndir
28.09.2019 [10:25]
Parisdə İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyasının baş qərargahında Fransanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) 25-ci ildönümünə həsr olunan “Səmərəli bərabərliyə aparan yolda: irqçilik və dözümsüzlüyə yeni cavablara ehtiyac varmı?” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, yüksək rütbəli hökumət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri konfransda Avropa Şurasına üzv ölkələrdə irqçilik və dözümsüzlüyün artmasında mövcud və yeni çağırışların qarşısının alınması məsələləri müzakirə olunub.
Konfransda ölkəmizi Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. O, “25 ildən sonra reallığa baxış: biz bərabərlik uğrunda aparılan mübarizədə uduruq, yoxsa uduzuruq” adlı sessiyada çıxış edərək, Azərbaycanın timsalında inklüziv cəmiyyətin qurulmasına nail olmağın səmərəli vasitəsi kimi multikulturalizm siyasətinin əhəmiyyətindən danışıb.
E.Nəcəfov ölkəmizin təcrübəsinə əsaslanaraq bildirib ki, multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinin ən uğurlu modelidir. Multikulturalizm siyasəti qloballaşma şəraitində geniş vüsət alan etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Bu mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığı bir dövrdə olduqca önəmlidir. Belə bir şəraitdə insanların dünya görüşünün, fəaliyyətlərinin əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunması cəmiyyətin inklüzivliyini artıraraq onun daxilində inteqrasiya prosesləri üçün əlverişli şərait yaradır.
Şöbə müdiri multikulturalizmin Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasətində özünü büruzə verdiyini qeyd edib. E.Nəcəfov bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyəsi və ölkədə yaşayan bütün xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması multikulturalizm və daxili siyasətin tərkib hissəsi olmasının təzahürləridir. Qeyd edib ki, sosial ədalətə və bərabərliyə əsaslanan multikulturalizm siyasəti inklüziv cəmiyyətin formalaşmasına aparan əsas amillərdən biridir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

