/ / Sinxua: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Azərbaycan əlaqələrinin inkişafını sürətləndirib
Sinxua: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Azərbaycan əlaqələrinin inkişafını sürətləndirib
25.09.2019 [09:39]
Mühüm coğrafi mövqeyə malik olan Azərbaycan son illərdə regional nəqliyyatın inkişafına özünün strateji istiqamətlənməsini möhkəmləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikir Çinin milli xəbər agentliyi olan Sinxuanın “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Azərbaycan əlaqələrinin inkişafını sürətləndirib” adlı məqaləsində qeyd olunur.
Bildirilir ki, Azərbaycan özünü Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və logistika habı kimi tanıtmağı hədəfləyib. Azərbaycan hökuməti bu səylərin bir hissəsi olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu infrastruktur və nəqliyyat sahəsində Çin-Azərbaycan əməkdaşlığını genişləndirmək üçün model layihə etməyə çalışır.
Yazıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında məlumat verilərək bildirilir ki, Şərqdə Qazaxıstanın Çin ilə sərhədində yerləşən Dostıq məntəqəsindən başlayan marşrut Qərbdə Bakıya qədər uzanır. Marşrut dəniz və dəmir yolundan ibarətdir və Çini Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya bağlayır. Hazırda Azərbaycan marşrut boyunca yerləşən ölkələr ilə tariflərin azaldılması və gömrük əməliyyatlarının qısaldılmasını əlaqələndirməklə daha çox beynəlxalq yükü bu yol ilə daşınmağa cəlb etməyə çalışır.
Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev apreldə Sinxua agentliyinə verdiyi müsahibədə Azərbaycan ilə Çin arasında yükdaşımalar sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulamışdı. Dövlət başçısının həmin müsahibədə “Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik... Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur” fikirləri bir daha xatırladılır.
Müəllif yazır ki, həqiqətən son illər birgə səylər sayəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə inteqrasiyası istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Çinin Sian şəhərindən yola çıxan blok qatarı iyulun 6-da Bakıya çatıb. Bu, “China Railway Express”in Bakıya dəmir yolu marşrutu ilə yük daşınmasının başlanğıcı idi. Bu yol ilə yüklər təyinat məntəqəsinə dəniz yolu ilə daşınmaya sərf olunan vaxtdan 20 gün daha tez çatır. “China Railway Express”in gələcəkdə daha çox yük daşımağı planlaşdırması ilə bu vacib yol “Bir kəmər, bir yol” strategiyasına qoşulmağa nail olacaq.
Məqalənin yekununda Azərbaycan ilə Çinin bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığının regional tərəfdaşlığa və bölgədə yaşayan xalqlara fayda verməklə Azərbaycanın regional hab olmaq niyyətinin Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə tam inteqrasiyasına gətirib çıxaracağı qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

