/ / Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
24.09.2019 [09:27]
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 23-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Oqtay Əsədovun və Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopun rəhbərliyi ilə nümayəndə heyətləri Beynəlxalq Türk Akademiyasında olub, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi münasibətilə keçirilən dəyirmi masada iştirak ediblər.
Dəyirmi masada Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının ortaq qərarı əsasında Azərbaycanın Naxçıvan şəhərində yaradılan Akademiyanın əsas məqsədi türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, habelə türk mədəniyyətinin bəşər sivilizasiyasına töhfəsini tədqiq etmək, türk dünyasında akademik fəaliyyətin əlaqələndirilməsini həyata keçirməkdir. Bu məqsədlə Akademiya türk xalqlarının elmi qurumlarına elm və təhsil məsələsində yardımçı olur, türkdilli ölkələr və xalqların ziyalılarının təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir. Akademiyanın prezidenti Azərbaycana və Türkiyəyə türkdilli dövlətlər arasında inteqrasiyaya verdikləri dəstəyə görə təşəkkür edib. O, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə əlaqədar ötən il UNESKO-nun baş qərargahında təşkil olunan beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyinin qeyd olunduğunu vurğulayıb. “Bu il isə “Nəsimi İli” çərçivəsində yenə də UNESKO-nun baş qərargahında keçirilən forumda böyük şairin 650 illik yubileyi və Naxçıvan Sazişinin 10 illiyi qeyd olunub”, - deyə D.Kıdırali bildirib.
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop türk dünyasının beynəlxalq münasibətlərdə güclü aktora çevrilməsinin vacibliyini və bu prosesdə bu il 10 illiyi qeyd olunan Naxçıvan Sazişi ilə qurulan ortaq regional təşkilatların rolunu vurğulayıb. Türk Şurası, TÜRKPA, Beynəlxalq Türk Akademiyası kimi təşkilatların qısa zamanda mühüm işlər gördüyünü deyən M.Şəntop dəyirmi masaya ev sahibliyi edən Beynəlxalq Türk Akademiyasının vacib elmi tədqiqatlar və elmi ekspedisiyalar təşkil etdiyini, çox sayda kitablar nəşr etdirdiyini söyləyib və bu istiqamətdə fəaliyyətin beynəlxalq səviyyədə təşviqinin önəmli olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Sədri Oqtay Əsədov Naxçıvan Sazişinin imzalanmasının böyük tarixi hadisə olduğunu deyib və onun türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirib. Sədr hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən önəmli təşkilatların - TÜRKPA-nın Baş Katibliyinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahının Bakıda yerləşdiyini vurğulayıb. O, son illər Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin xüsusilə nəzərə çarpdığını, yaradıldığı qısa müddət ərzində onun türkdilli xalqların tarixi, mədəni və mənəvi irsinin araşdırılması və təbliği sahəsində bir sıra uğurlara imza atdığını qeyd edib. Parlamentin Sədri əmin olduğunu bildirib ki, Akademiya öz fəaliyyəti ilə ümumi dəyərlərimizin qorunmasına və inkişafına hələ çox töhfələr verəcək.
Sonra Oqtay Əsədova və Mustafa Şəntopa türkdilli dövlətlər və xalqlar arasında inteqrasiyanın dərinləşdirilməsi, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafında xidmətlərinə görə Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim olunub.
Həmçinin səfər çərçivəsində qonaqlar Beynəlxalq Türk Akademiyasında fəaliyyət göstərən Türk Muzeyini ziyarət edib və türkologiya sahəsində 50 mindən çox nadir kitabın toplandığı kitabxana ilə tanış olublar.
Xatırladaq ki, Milli Məclisin Sədri Oqtay Əsədov Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək. Tədbirə Avropa və Asiyanın müxtəlif ölkələrinin parlament rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri dəvət olunublar.
“Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçiriləcək konfransın əsas məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Avropa və Asiyanın qanunverici orqanlarının rəhbərləri və parlamentlərarası təşkilatların başçıları arasında birbaşa dialoqun qurulmasıdır.
Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

