Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
20.09.2019 [09:10]
Sentyabrın 19-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Çin ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, ötən ilin yayında Çinə səfəri zamanı parlamentin sədri ilə görüşünü məmnunluqla xatırlayıb. Ümidvar olduğunu bildirib ki, Li Canşunun ölkəmizə bu ilk rəsmi səfəri ikitərəfli əlaqələrimizin və parlament əməkdaşlığının inkişafına layiqli töhfəsini verəcək.
Spiker deyib ki, Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimad üzərində qurulub. Siyasi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq mövcuddur.
Oqtay Əsədov deyib ki, əlaqələrimizin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin rolu böyükdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı münasibətlərimizin dayanıqlı təməli qoyulub. Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfərlərindən sonra isə əlaqələrimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxıb. Cari ilin aprel ayında ikinci “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Azərbaycan Prezidentinin Çinə səfəri zamanı bu ölkə ilə 10 saziş imzalanıb. Bu günədək isə iki ölkə arasında 77 hüquqi sənəd imzalanıb. Ötən il Çinlə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olub. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil edib. Ölkəmizdə 119 Çin şirkəti qeydiyyatdan keçib.
Görüşdə ali qanunverici orqanlar arasındakı münasibətlərdən danışan sədr hər iki ölkə parlamentində işçi qrupların fəaliyyət göstərməsini təqdir edib. Qeyd edilib ki, deputatların çoxsaylı qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində görüşləri zamanı onları düşündürən məsələlərin müzakirəsi önəmlidir.
Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Canşu Bakıda gördüyü inkişafı, Şərqlə Qərb memarlığının üzvi sintezini yüksək dəyərləndirib. Qeyd edilib ki, Çin Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir. “Siz əsl dost, sınanmış tərəfdaşsınız. Ölkənizə səfərdən məqsəd əlaqələrimizin daha da dərinləşməsi və parlamentlərarası münasibətlərimizin inkişaf perspektivləri haqqında müzakirələr aparmaqdır”, - deyə o əlavə edib.
Qonaq Çinlə Azərbaycan arasında mövcud olan yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə də müsbət təsir etdiyini vurğulayıb. Qeyd edilib ki, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirən Li Canşu Dağlıq Qarabağ probleminin həllində ölkəmizin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Əliağa Hüseynov, ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı, Çinin Azərbaycandakı səfiri Guo Min və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

