/ / Vüqar Rəhimzadə: Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb
Vüqar Rəhimzadə: Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb
12.09.2019 [09:40]
Ermənistan çox ciddi iqtisadi və siyasi böhranla üz-üzədir. Nikol Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb. Buna səbəb isə “Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslərin Ermənistan hökuməti ilə xalq arasında fikir ayrılığının yaranmasıdır.
Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, “Amulsar” qızıl mədəni ətrafında yaranmış siyasi xaos və Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın ictimai nüfuzuna çox ciddi mənfi təsir göstərməkdədir: “Ümumiyyətlə, bu layihənin icrası Ermənistanda Rusiya biznesinin tam sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsi deməkdir. Bu mənada Nikol Paşinyan da layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Çünki layihə baş tutmayacağı təqdirdə baş nazir Qərbin dəstək və etimadını itirəcək, nəticə etibarilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq”.
“Müşahidələrimiz onu göstərir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya kapitalını sıxışdırmaq üçün addımlar atılıb”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, Paşinyan anti-Rusiya fəaliyyətini əsaslandırmaq üçün “Amulsar” ətrafında manipulyasiya edir: “Guya “Amulsar”ın fəaliyyətə başlaması işsizliyin azalmasına şərait yaradacaq, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Lakin bunun ağ yalan olduğunu həm cəmiyyət, həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri vurğulayırlar. Həmçinin müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühitə və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir”.
Vüqar Rəhimzadə vurğulayıb ki, “Lydian International” Qərb kapitallı bir şirkətdir və Nikol Paşinyan da bu şirkətə Ermənistanda işləməyə icazə verməklə hakimiyyətini gücləndirmək, Rusiyadan asılılığı azaltmaq üçün Böyük Britaniyaya, ABŞ-a yarınmaq niyyətindədir: “Lakin Paşinyanın hesablaya bilmədiyi bir məqam var idi, o da erməni xalqının rəyidir. Paşinyan öz aləmində siyasi manevr etməyə çalışsa da, bir tərəfdən, Ermənistan ictimaiyyəti, digər tərəfdən, Rusiya faktoru onu çıxılmaz duruma salıb. Hətta, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı “Lydian International” şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkətin lehinə qərar verməsi vəziyyəti daha da gərginləşdirib. Bəlkə də elə bu səbəbdəndir ki, Paşinyan vəziyyətdən çıxış yolunu Vaşinqtonda axtarmaqdadır. Ona görə də sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində “Amulsar” qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda mətbuatda məlumatlar yayılmaqdadır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Milin mediaya açıqlamasında Paşinyan hökumətinin “Lydian” şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirməsi məsələnin nə dərəcədə ciddi olmasının göstəricisi sayıla bilər”.
“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, “Amulsar” qızıl mədəni ətrafında baş verənlər bu gün Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemə çevrilib: “Çünki mədənlə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Hətta, “Daşnaksütyun” partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Bu kontekstdə layihənin parlamentdə səsə qoyulması, ölkənin hakim partiyası olan “Mənim Addımım” Alyansı daxilində parçalanmaya səbəb olması gözləniləndir. Eyni zamanda, müxalif “Çiçəklənən Ermənistan” partiyası da ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyaçılara qoşulan partiyanın üzvü Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə “Amulsar” qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib. Parlamentin digər qrupu olan “İşıqlı Ermənistan” partiyası isə digərlərindən fərqli olaraq radikal davranmayıb və əhalinin narahatlığını bölüşüb. Radikal “Sasna Tser” partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə “Amulsar” layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın onun siyasi karyerasına son qoyacağını açıq şəkildə bildirib. Bütün bu siyasi diskussiyalar və addımlar onu göstərir ki, Ermənistan növbəti, əgər belə demək mümkündürsə, daha dərin siyasi böhran ərəfəsindədir”.
Vüqar Rəhimzadə söyləyib ki, onsuz da Rusiya ilə siyasi münasibətləri gərgin olan Ermənistanın durumu Paşinyanın verəcəyi qərardan asılı olacaq. İstənilən halda Paşinyan Ermənistanı ya siyasi, ya da sosial-iqtisadi böhrana salacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

