“Amulsar” qızıl mədəni məsələsi N.Paşinyanın sonunu yaxınlaşdırır
11.09.2019 [09:38]
Ekspertlərin qənaətinə görə, qızıl yatağı ətrafında davam edən siyasi xaos Ermənistan hakimiyyətinə yaxşı heç nə vəd etmir
Artıq 1 ildən çoxdur Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyanın hökumətinin fəaliyyətsizliyi işğalçı dövlətdə vəziyyəti daha da gərginləşdirib. Hakimiyyədən narazı olan əhali öz etirazlarını bildirmək üçün müxtəlif üsullara əl atır. Buna səbəb baş nazir Nikol Paşinyanın bu günədək verdiyi vədlərin heç birini yerinə yetirməməsi, hətta bəzi məsələlərdə tutduğu mövqedən son günlər geri çəkilməsidir.
N.Paşinyanın həll etməkdə acizlik göstərdiyi ən ciddi məsələlərdən biri Ermənistanın Vayots Dzor vilayətinin mərkəzi Cermuk şəhəri yaxınlığında yerləşən “Amulsar” qızıl yatağının istismarı ilə bağlı problemin həll edilməməsidir. Məsələ burasındadır ki, Rusiya şirkətləri istisna olmaqla, Ermənistana investisiya qoyan ən iri xarici korporasiyanın törəmə şirkəti “Lidian-Armenia”nın fəaliyyəti hələ keçmiş iqtidar dövründə aktual idi. N.Paşinyanın dövründə yenidən gündəmə gətirilən məsələ yerli əhaliyə ekoloqlar, qeyri-hökumət təşkilatları tərəfindən verilən dəstəklə sakinlərin müxtəlif etiraz aksiyaları ilə hökumətin başı üstündə “Damokl” qılıncı kimi asılıb. Qeyd edək ki, etiraz edən əhali “Amulsar” yatağının istismarının yeraltı suları çirkləndirməsi və kütləvi ekoloji fəlakətə səbəb olacağından narahatlıq ifadə edirlər.
Xatırladaq ki, “Lidian-Armenia” tərəfindən istismar edilən “Amulsar” qızıl mədəninin işi ətraf mühitə təsirin ekspert qiymətləndirilməsi alınana qədər altı aydan çoxdur dayandırılmışdı. Müsbət rəy aldıqdan sonra hökumət “Amulsar” qızıl yatağında işlərin bərpa olunmasına icazə verməyə cəhd etdi.
Beləliklə, “Amulsar”ın “Lidian-Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər erməni cəmiyyətində hökumətlə xalq arasında fikirayrılığının yaranmasına səbəb olub. Bundan sonra Ermənistanın baş naziri N.Paşinyan özünün “Facebook” səhifəsində Ermənistan hökumətinin Livanın “ELARD” şirkətinin hazırladığı “Amulsar” qızıl yatağının istismarı üçün rəyi ətraf mühitə təsirin qiymətləndirilməsi barədə yeni rəy almağın zəruri olub-olmadığını öyrənmək üçün ekologiya nazirliyinə göndərəcəyini bildirib.
Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın ictimai nüfuzuna mənfi təsir göstərməkdədir. Belə ki, Nikol Paşinyan layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Vəziyyətdən çıxış üçün N.Paşinyan qeyri-ciddi addımlarından birinə qol qoyaraq öz “Facebook” hesabından Cermuk əhalisini mübahisəli “Amulsar” qızıl yatağının işlənməsinə etiraz əlaməti olaraq yolları bağlamağa çağırıb. Halbuki 1 həftə bundan qabaq N.Paşinyan həmin yatağın istismarı barədə hökumətin qərarını qəbul etmək üçün dəridən-qabıqdan çıxırdı.
“Amulsar” qızıl yatağı ətrafında baş verən qalmaqal parlament seçkilərində məğlubiyyətə uğrayan “Daşnaksutyun” partiyasını hərəkətə keçirib. Yaranmış vəziyyətlə bağlı partiyanın bəyanatında N.Paşinyan hakimiyyətinin siyasəti sərt tənqid edilib: “Son günlər “Amulsar” qızıl yatağının istismarı ilə bağlı Ermənistan cəmiyyətindəki gərginliyin səbəbi mövcud hökumətin balanssız hərəkətləri və ziddiyyətli açıqlamaları olub”. Buna görə də daşnaklar hökumətin bu məsələdəki mövqeyinə qarşı çıxır, istismarla bağlı məsələnin ictimailəşdirilməsi və yatağın istismarı ilə bağlı referendum keçirilməsini də təklif edirlər. Digər faşist təmayüllü “Sasna Tser” partiyası da eyni mövqedən çıxış edib.
Ekspertlərin qənaətinə görə, layihənin parlamentdə səsə qoyulması hakim “Mənim addımım” bloku daxilində parçalanmaya səbəb ola bilər. Müxalif “Çiçəklənən Ermənistan” partiyası isə ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyaçılara qoşulan partiyanın deputatı Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə, “Amulsar” qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib.
Buna baxmayaraq, Ermənistan parlamentində əksəriyyəti təşkil edən “demokratik” siyasi elita Qərb sərmayəsi və xalq iradəsi arasında manevr etməkdə davam edir. Siyasi hakimiyyət “Amulsar”ın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri bununla razılaşmır. Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir.
Beləliklə, “Amulsar” qızıl yatağı ətrafında davam edən siyasi xaos Ermənistan hakimiyyətinə yaxşı heç nə vəd etmir. N.Paşinyanın bu məsələdə gah nala, gah da mıxa vurması onu lap çətin vəziyyətə salıb. Ekspertlərin dəyərləndirmələrinə görə, N.Paşinyanın “Amulsar” qızıl mədəninin istismarında göstərdiyi qətiyyətsizlik onun hakimiyyətinin sonunu gətirə bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

