Azərbaycanın müharibə veteranları ABŞ Konqresinin qərarına etiraz edirlər
22.12.2009 [11:02]
ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına etiraz olaraq, Respublika Veteranlar Şurasının sədri Ə.Baxışov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət ünvanlayıb: “Hörmətli cənablar! Amerika Birləşmiş Ştatları Konqresinin Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan, buradakı maddi və mənəvi mədəniyyət abidələrini, təbii sərvətləri məhv edən Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə 2010-cu il üçün maliyyə yardımı ayırması bizi - II Dünya müharibəsinin iştirakçıları olan Azərbaycan veteranlarını son dərəcə məyus etmişdir. Hesab edirik ki, ABŞ Konqresinin bu addımı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyini daha da möhkəmləndirəcəkdir. Ermənistan maliyyə yardımından siyasi məqsədləri üçün bəhrələnərək, münaqişənin həllini uzatmağa çalışır. Buna görə də ABŞ Konqresi separatçı rejimə maliyyə yardımı göstərmək əvəzinə, münaqişənin ədalətli şəkildə aradan qaldırılması üçün təsirli tədbirlər görməli idi və Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa çağırmalı idi. İnana bilmirik ki, dünyada sülh və demokratiyanın dayağı hesab olunan və II Dünya müharibəsində bizimlə birlikdə faşizmə qarşı döyüşən, faşistlərin törətdikləri qeyri-insani əməllərin şahidi olan Amerika Birləşmiş Ştatlarının Konqresi, bu gün həmin əməlləri təkrar edən Ermənistanı himayə edə bilər. Bu necə ola bilər? Azərbaycan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşdır. Lakin Azərbaycana qarşı təcavüzkar mövqe tutmuş Ermənistana maliyyə dəstəyi göstərilir. Azərbaycanın müharibə veteranları Qafqaz regionunda münaqişələrin ədalətli həlli ilə bağlı dost ABŞ dövlətinə böyük ümidlər bəsləyirlər. Biz ABŞ Konqresinin bu qərarına qəti etirazımızı bildiririk, onu işğalçı Ermənistanı və separatçı Dağlıq Qarabağı mükafatlandırmaq kimi qəbul edirik. Yaxşı bilirik ki, bu yardım heç də sizin düşündüyünüz kimi xeyirxah məqsədlərə deyil, bəd əməllərə yönəldiləcəkdir. Konqresin bu qərarı dünyada sülhün və demokratiyanın carçısı olan ABŞ və onun Konqresinə başucalığı gətirmir və yolverilməzdir. Sizdən xahiş edirik, bizim bu müraciətimizi Amerika Birləşmiş Ştatlarının müvafiq dövlət qurumlarına çatdırasınız”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

