/ / Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Avropa Xalq Partiyasının (AXP) dəvəti ilə Almaniyada səfərdə olub
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Avropa Xalq Partiyasının (AXP) dəvəti ilə Almaniyada səfərdə olub
15.12.2009 [09:47]
AXP qurultayında qurumun rəhbərliyinə növbəti seçkilər keçirilib. AXP-nin fəaliyyətdə olan prezidenti Vilfred Martens nümayəndələrin 92 faizinin səsi ilə yenidən partiyanın rəhbəri vəzifəsinə seçilib.
Almaniyada olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirib. İlk görüş dekabrın 8-də Bonn şəhərində Avropa Xalq Partiyasının prezidenti Vilfred Martenslə olub. Görüşdə AXP-nin prezident kabinetinin rəhbəri İngrid Qusens, beynəlxalq əlaqələr üzrə məsləhətçi Xuan Maqaz iştirak ediblər. Görüş zamanı YAP və AXP arasındakı əlaqələrin perspektivləri, Cənubi Qafqaz bölgəsindəki siyasi vəziyyət və digər maraq doğuran məsələlər müzakirə edilib. V.Martens, həmçinin, AXP-nin Azərbaycana olan marağını və YAP-ın bu quruma daxil olması ilə əlaqədar yaxın gələcəkdə ölkəmizə AXP-nin fakt araşdırma qrupunun gələcəyini vurğulayıb və şəxsən özünün həmin qrupla Bakıya gəlmək arzusunu ifadə edib.
Dekabrın 9-da isə Konrad Adenauer Fondunun (KAF) baş katibinin müavini Gerhard Valterslə görüş keçirilib. Görüşdə KAF-ın fəaliyyəti haqda geniş məlumat verilib və KAF ilə YAP arasında əlaqələrin yaradılması müzakirə olunub. Belə əlaqələrin ilkin mərhələdə gənclər səviyyəsində yaradılması KAF tərəfindən məqsədəuyğun hesab edilib və onların bu məqsədlə qrant ayıra biləcəkləri qeyd olunub.
Dekabrın 9-da YAP-ın nümayəndə heyəti, həmçinin, Bundestaqın deputatı, Almaniya Bundestaqında Xristian Demokratlar və Sosial Demokratlar Birlikləri blokunun xarici əlaqələr üzrə sözçüsü, Xristian Demokratlar Birliyinin gənclər təşkilatının rəhbəri Filip Misfelderlə görüşüb. Görüşdə qeyd olunun qurumlarla YAP arasında əlaqələr müzakirə olunub.
Daha sonra Almaniyanın Xristian Demokratlar Birliyi Partiyasının icraçı katibi Klaus Şüllerlə görüş keçirilib. Görüşdə Klaus Şüller XDB fəaliyyəti və xüsusən, beynəlxalq münasibətləri haqda məlumat verib, habelə YAP-ın Azərbaycandakı fəaliyyəti ilə yaxından maraqlanıb.
Həmin gün YAP nümayəndə heyətinin Avropa Parlamentinin və Xristian Demokratlar Birliyinin üzvü Elmar Brokla görüşü keçirilib. Görüşdə regionda olan vəziyyət, Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan, Rusiya-Azərbaycan münasibətləri müzakirə olunub. Elmar Brok Avropa Parlamentinin bu regionda olan hadisələrlə yaxından maraqlandığını qeyd edib və bölgədə ilk növbədə sabitliyin saxlanılmasının vacib olmasını xüsusi qeyd edib. Dekabrın 9-da AXP-in Baş katibi Antonio Lopeslə görüş keçirildi. Görüşdə regionda olan siyasi vəziyyət, AXP-nin beynəlxalq əlaqələri, Cənubi Qafqazda vəziyyət və digər ümumi maraq doğruldan məsələlər müzakirə edilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Asəf Hacıyev və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovda iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

