Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21.08.2019 [09:33]
“Hər gün medianı və sosial şəbəkələri izləyib neqativ bir hadisə tapıb onu sevincək şəkildə siyasiləşdirən və bununla da guya müxalifətçilik edən AXCP sədri Əli Kərimli yenidən özünü ifşa edib. Lerikdə yerləşən “Relax” istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı “facebook” səhifəsində tələm-tələsik status yazan Əli Kərimli növbəti dəfə isbatladı ki, o, nəinki siyasətçi deyil, həm də çox pis bloqqerdir”. Bunu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə, başqası haqqında fikir yürüdən bir siyasətçi öncə öz keçmişinə, siyasi fəaliyyətinə nəzər yetirməli, ondan sonra digərinə irad tutmalıdır. “Əgər 26 il öncə AXC-“Müsavat” hakimiyyəti illərində dövlət katibi postunu tutmuş Əli Kərimli o zaman ölkədəki dərəbəyliyin, korrupsiyanın, özbaşınalığın yaddan çıxdığını düşünürsə və bu gün guya “Azərbaycanda qanunun aliliyi yoxdur” deyirsə, o halda biz ona bəzi xatırlatmaları etməliyik.
Məhz Əli Kərimlinin də təmsil olunduğu AXC-“Müsavat” iqtidarı başdan-başa korrupsiya içində olub. 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə ozamankı prezident Əbülfəz Elçibəy üzünü məmurlara tutaraq deyirdi: “Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa 100 minlərlə al... Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxır gedir”.
O zaman Ali Məhkəmənin sədri olmuş Tahir Kərimlinin həmin müşavirədə dediklərini də Əli Kərimlinin nəzərinə çatdıraq: “Vəziyyət bütün sahələrdə ağırdır. Ağırlıq ona görədir ki, quldurluq, soyğunçuluq, rüşvətxorluq cinayətləri 10 illə müqayisədə 1992-ci ildə 4 dəfə artıb... Bəli, rüşvətxorluq respublikanı başına alıb gedir... mən axı hakimə necə deyə bilərəm ki, milyoneri işə bərpa edirsən, qayıdıb mənə deyər ki, Pənah Hüseynov milyarderləri bərpa edir. Nazirlər Soveti bu gün milyarderlərdən ibarətdir. O adamlar ki cinayətkardır...., onlar bu gün Nazirlər Sovetinə, Dövlət Aparatına yığışıblar...”.
Bu sözləri isə sən, Əli Kərimli həmin müşavirədə söyləmisən: “Respublikada bütövlükdə nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir. Çox təəssüf ki, hətta fərmanlar icra olunduğu təqdirdə belə istənilən nəticəni vermir. Qarşıya qoyulan nəticəyə nail olunmur”.
Məhz sən dövlət katibi olduğun siyasi hakimiyyətin fəaliyyətini yararsız adlandırırsan və qeyd edirsən: “Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanılması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib... İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq-mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla, artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır”, - deyə Vüqar Rəhimzadə qeyd edib.
Baş redaktor bir daha xatırladıb ki, Əli Kərimli, özbaşınalıq, dərəbəylik, qanunsuzluq deyirsə, hamısı onun özünün dövlət katibi olduğu AXC-“Müsavat” hakimiyyəti dövründə müşahidə olunub: “Deyirəm, ictimai qınaq olmasa, İsgəndər Həmidovun, Rəhim Qazıyevin özbaşınalığını, Leyla Yunusun ermənilərə işləməyini də indiki hakimiyyətin ayağına yazardın...”.
Daha sonra Vüqar Rəhimzadə bildirib: “Bu cür faktları uzatmaq və çoxsaylı ifşaedici məlumatlar sadalamaq olar. Lakin tövsiyəm ondan ibarətdir ki, hansısa mövzuda danışmaq istəyərkən öncə keçmişinə, ləkəli məmur tarixinə bax, ondan sonra danış. Əlbəttə ki, bu təfəkkür və düşüncə ilə səni heç “Relax”a ofisiant da götürmək olmaz...”.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

