Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
11.12.2009 [09:48]
Bakıda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb. Dünən “Buta” sarayında olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. On beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak ediblər. Heydər Əliyev Fondunun, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən olimpiadada dünyanın 5 qitəsindən 258 şagird 30 sualdan ibarət test, nəzəri və təcrübi tapşırıqları cavablandırıb. Cavabları olimpiadanın Elm Komitəsi tərəfindən seçilən 18 təcrübəli müəllim yoxlayıb.
Tədbir iştirakçıları olimpiadanın gedişini əks etdirən videofilmə baxıblar. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkəmizdə olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün nizamnaməyə uyğun olaraq bütün işlər ardıcıllıqla həyata keçirilib. Nazir deyib ki, Azərbaycan bu tədbirə ev sahibliyi edən ilk Avropa ölkəsidir. Bildirilib ki, bu tədbirin Azərbaycanda keçirilməsi olduqca fərəhli haldır. Olimpiada ayrı-ayrı ölkələrdən gəlmiş yeniyetmələr arasında əsl elm və dostluq körpüsünə çevrilib. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və xalqımızın qonaqpərvərliyi ilə yaxından tanış olublar. Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının iştirakçıları ümumilikdə 20 qızıl, 60 gümüş və 84 bürünc medal qazanıblar. Olimpiadada iştirak edən 12 azərbaycanlı məktəblidən 9-nun adı mükafatçılar sırasında olub. Onlardan 2-si gümüş, 7-si isə bürünc medal qazanıb.
Rusiya komandası 6 qızıl medalla birinci yerə çıxıb. Qaliblərə mükafatları xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və başqaları təqdim ediblər. Tədbir gənc musiqiçilərin geniş konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

