/ / Sona Əliyeva: Donald Tuskun Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin davamlı inkişafının göstəricisidir
Sona Əliyeva: Donald Tuskun Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin davamlı inkişafının göstəricisidir
11.07.2019 [09:29]
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin davamlı inkişafının göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.
S.Əliyeva bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığın inkişafına böyük əhəmiyyət verir, bu qurumla əlaqələrimiz çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan Avropa İttifaqı məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin etibarlı rolu daim yüksək qiymətləndirilir. Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan ölkə kimi tanınır. Həmçinin Aİ-yə üzv ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın iştirakı əhəmiyyətli hesab olunur. Bunlarla yanaşı, bildiyimiz kimi, Azərbaycan mühüm coğrafi mövqeyə malikdir və ölkəmizin təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələri Avropa məkanı üçün böyük önəmə malikdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq ki, burada da Azərbaycanın töhfələri böyükdür. Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir.
Milli Məclisin deputatı qeyd edib ki, nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Öz növbəsində, Aİ Şurasının Prezidenti Donald Tusk Azərbaycanı nadir ölkə adlandırıb. Qarşılıqlı əlaqələrə toxunan cənab Tusk deyib ki, Avropa İttifaqı ilə Azərbaycan hər il bir-birinə yaxınlaşır. O, həmçinin Azərbaycanın nəqliyyat və logistika qovşağına çevrilməsini yüksək dəyərləndirib və Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan etdi. Donald Tusk isə bildirdi ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və münaqişə beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalıdır.
Deputat vurğulayıb ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli əlaqələrin inkişafına böyük maraq göstərir və bu istiqamətdə də ciddi nailiyyətlərin qazanıldığı şübhəsizdir: “Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bildiyimiz kimi, hazırda ölkəmizlə qurum arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar aparılır və hesab edirəm ki, bu danışıqların uğurla nəticələnməsi və yeni sazişin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyacaq”.
Əlbəttə ki, mühüm geostrateji mövqeyi, regionun lider dövləti olması etibarilə, həmçinin enerji təhlükəsizliyinə vacib töhfələri, geniş iqtisadi potensialı, demokratiya yolunda atdığı qətiyyətli addımlar və əldə etdiyi nailiyyətlər baxımından Azərbaycanla əlaqələrin inkişafı Avropa İttifaqı üçün də mühüm əhəmiyyət kəsb edir. Quruma rəhbərlik edən şəxslərin Azərbaycanın əhəmiyyəti ilə bağlı çoxsaylı bəyanatları da bunu bir daha təsdiq edir. Aİ Şurasının Prezidenti Donald Tuskun ölkəmizə səfəri çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanış olması ölkəmizin inkişafına və milli-tarixi dəyərlərimizə olan diqqətin göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

