Azərbaycan-ABŞ münasibətləri uğurla inkişaf edir
31.05.2019 [10:35]
Ekspertlərin qənaətinə görə, Donald Trampın məktubları ABŞ-ın ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini bir daha təsdiqləyir
Məlum olduğu kimi, Azərbaycan özünün xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Bu məqamda qeyd etmək yerinə düşər ki, müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatları da ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Məhz ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları da bunu aydın şəkildə ifadə edir.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, ABŞ dövlət başçısı Prezident İlham Əliyevə ünvanladığı məktublarda dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlığın mövcud olduğunu qeyd edir. Onun sözlərinə görə, məktublarda Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycan Prezidentinin liderliyi yüksək dəyərləndirilir: “Məktublarda həmçinin vurğulanır ki, Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq”.
Millət vəkili qeyd edib ki, Azərbaycan ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. M.İbrahimqızının sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına böyük imkanlar var. Millət vəkili əlavə edib ki, ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur.
Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir. Onun sözlərinə görə, Ağ Ev rəhbərinin mesajlarından məlum olur ki, ABŞ Prezidenti Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzu edir: “Bu məktublar göstərir ki, Azərbaycanla ABŞ arasında bütün istiqamətlərdə münasibətlər gündən-günə daha da genişlənir. Bu həmçinin Azərbaycanın dünya siyasətində əldə etdiyi uğurlardan xəbər verir”.
Millət vəkili qeyd edib ki, Donald Trampın məktubları Azərbaycan Prezidentinin uzun illər apardığı siyasətin nəticəsidir: “Məktublarda qeyd olunur ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb. Eyni zamanda, Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qazın dünya enerji bazarlarında sabitliyi artırmaqda davam etdiyi vurğulanır. ABŞ Prezidentinin Azərbaycanla bağlı bu müsbət mövqeyi çox təqdirəlayiq haldır”.
E.Məmmədovun sözlərinə görə, bütövlükdə, Prezident Trampın məktubları ölkələr arasında münasibətlərin inkişafında yeni səhifənin açılmasına böyük imkanların olduğunu göstərir: “Azərbaycan tərəfi ABŞ-la münasibətlərin yeni mərhələdə inkişafı üçün üzərinə düşən addımları atmağa hazırdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

