“Çelsi”-“Arsenal”: Britaniya KİV-ləri niyə finalda “uduzdular”?
31.05.2019 [10:33]
Bəzi mətbu nəşrlərin Bakını ləkələmək cəhdlərinə baxmayaraq, Avropa Liqasının mükafatı uğrunda oyun baş tutdu
Mayın 30-da Rusiyanın tanınmış “News.ru” portalında Kirill Snastinin “Çelsi”-“Arsenal”: Britaniya KİV-ləri niyə finalda “uduzdular”? sərlövhəli məqaləsi dərc edilib. Müəllif Azərbaycan paytaxtının “Avrokubok finalının təşkilinin öhdəsindən layiqincə gəlməsindən, Londonun iki komandasının azarkeşlərə necə maraqlı oyun bəxş etməsindən” yazır. AZƏRTAC həmin məqaləni təqdim edir.
* * *
Güzgüyə qəzəblənməyə dəyərmi?
Avropa Liqası finalının “Çelsi”-“Arsenal” London derbisi ərəfəsində La-Manşın digər tərəfində belə mühüm qarşılaşmanın keçirilməsi üçün Azərbaycan paytaxtını seçən Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) ünvanına hücum xarakterli əsl informasiya kampaniyası başladı. Britaniya KİV-lərində ən müxtəlif bəhanələr gətirirdilər. Məsələn, başlanğıc üçün “Arsenal” və Ermənistan yığmasının forvardı Henrix Mxitaryanın təhlükəsizlik mülahizələri baxımından Bakıya uçmaqdan imtina etməsi mövzusunu çeynədilər.
Əslində, bu qərar birmənalı deyildi. Məsələn, vaxtilə tanınmış sovet və Ukrayna futbolçusu Oleq Bloxin Mxitaryanın Avrokubokun finalında iştirakdan könüllü imtinasını səfehlik adlandırmışdı. Elə görüşün yekun nəticəsi - “Çelsi”nin 4:1 hesabı ilə böyük qələbəsi ona işarə edir ki, məhsuldar erməni hücumçusunun meydanda olması “Arsenal”a daha ləyaqətlə oynamağa kömək edərdi. Lakin bu, elə həmin haldır ki, futbolçunun hər bir qərarına hörmətlə yanaşılmalı və bu, qəbul edilməlidir. Çünki bu, heç kimin deyil, yalnız onun seçimidir.
Yeri gəlmişkən, oyun günü Bakıda yerli polis tərəfindən saxlanılan əyinlərindəki köynəklərində Mxitaryanın soyadı yazılmış İndoneziyadan olan azarkeşlərlə bağlı İnternetdə yayılan video çoxsaylı baxış topladı. Lakin burada da bəzi bədxah nəşrlər nəyəsə ilişə bilmədilər. Çünki ekzotik fanatlar sakitcə tutuldular, eləcə də buraxıldılar. Heç bir asayiş pozuntusu baş vermədi.
Bunun ardınca çərşənbə günü Azərbaycan paytaxtından azarkeşlərin dalaşması barədə daha bir qaynar xəbər gəldi. Lakin Britaniyanın yenə də güzgüyə baxıb qəzəblənməkdən başqa çarəsi qalmadı... Güzgüdə nə gördüyü aydındır. Axı ingiltərəli azarkeşlər öz aralarında dalaşmışdılar. Yəqin ki, onların öz aralarındakı münasibətləri aydınlaşdırmaqları yumruqsuz ötüşməyəcəkdi. Hətta onları başqa planetə və ya qonşu qalaktikaya atsalar belə.
Logistika çətinlikləri ilə bağlı Bakının ünvanına atılan tənqidi oxlar az olmadı. Guya Londondan Xəzər dənizinin sahillərinə birbaşa aviareyslər minimumdur, minik dəyişmələrlə uçmaq isə uzunmüddətli və bahadır. Hətta belə bir rəqəm də göstərilib: nəticədə 6 min bilet satılmayıb və ya geri qaytarılıb - London klublarının azarkeşləri adıçəkilən yol problemləri səbəbindən Bakıya səyahətdən imtina etməyə məcbur olublar.
Çeferindən tərif
Avropa Liqasının final oyunu zamanı Bakı Olimpiya Stadionunun yarıboş tribunalarını görməyi kimi təəssüflə, kimi də bədxahlıqla gözləyirdi. Obyektiv desək, hətta televiziya kadrlarından aşkar görünürdü ki, tribunada bütün yerlər tutulmayıb. Lakin statistik göstəricilər vardır ki, onlara qarşı etiraz edə bilməzsən. Bu rəqəmlər Bakı finalında tamaşaçı auditoriyasının 51370 nəfər təşkil etdiyini göstərir. Bu, turnir tarixində mükafat uğrunda həlledici matçı izləyən tamaşaçıların sayına görə üçüncü göstəricidir. Rekord sayda tamaşaçı (55768 nəfər) bir il bundan əvvəl Fransanın Lion şəhərinin arenasında Marselin “Olimpik” komandası ilə Madridin “Atletiko” komandası arasında keçirilən matçda toplaşıb. Göründüyü kimi fərq çox azdır. Buna görə Azərbaycan paytaxtındakı finalın təşkilatçıları fəxr edə bilərlər.
Düzdür, London derbisini canlı izləyən bir çox azarkeşlər sosial şəbəkələrdə tribunanın meydandan uzaq olmasının tamaşa etməyə əngəl yaratmasından gileylənirdilər. Axı Bakı Stadionunda azarkeşlər üçün olan sektorlar qazondan qaçış cığırları ilə ayrılıb. Əvvəllər tanınmış ingiltərəli futbolçu, hazırda teleekspert Qari Lineker də özünün “Twitter” səhifəsində bu mövzunu yaddan çıxarmayıb. O yazıb ki, “siz stadionda öz yerinizi tutandan sonra başa düşürsünüz ki, evdən çıxan andakı ilə müqayisədə indi meydana çox da yaxınlaşmamısınız”.
Mübahisə etməyəcəyik: meydanın dövrəsində yüngül atletika cığırları olan arenalar müasir xalis futbol stadionları dövründə əksər hallarda anaxronizm kimi görünür. Lakin birincisi, tamaşaçılar buna bənzər çatışmazlıqla təkcə Azərbaycan paytaxtında qarşılaşmır. İndiyədək Avropada, xüsusən də futbol baxımından inkişaf etməyən ölkələrdə belə universal arenalar çoxdur. İkincisi, hətta bu konstruksiya çatışmazlığı heç bir yolla Bakıda Avropanın 11 digər şəhəri ilə bir sırada “Avro-2020”nin bir neçə oyununu keçirməyə əsla təsir göstərmir.
Ümumiyyətlə, UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının finalına hazırlıq dövründə təşkilatçıların gördüyü işi müsbət qiymətləndirib.
UEFA rəhbəri deyib: “Bakıda hər şey ideal təşkil olunub və şəhər turnirin finalına hazırdır. Hər şey əladır. Düzünü desəm, mən narazılıqları başa düşmürəm və heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlərə bilet alıb Londonda və Romada otellərdə qabaqcadan yer tutmaq daha asandır, nəinki Bakıda və yaxud Bilbaoda. Lakin bu, o demək deyil ki, biz bu şəhərlərdə matçlar keçirməməliyik”.
Azarın dublu, Çexin kədəri və 60 yaşında ilk mükafat
Komandalar birinci hissəni necə deyərlər, əli-qolu bağlı keçirdilər və hesab açılmadı. Ancaq ikinci hissə hər zövqə uyğun qol atəşfəşanlığı ilə qeyd olundu. “Arsenal”ın pərəstişkarlarını təəssüfləndirən o oldu ki, həmin axşam meydanda ab-hava yaradan Pyer-Emerik Obameyanq-Aleksandr Lyakazett cütlüyü olmadı. “Çelsi”nin əsas ulduzu Eden Azar ön plana çıxdı: belçikalı Madridin “Real” klubuna keçməzdən əvvəl iki dubl yerinə yetirməklə komanda yoldaşları ilə vidalaşdı. Azara Pedro Rodriges çox yaxşı kömək edirdi. Bu görüşdə Maurisio Sarrinin yetirmələrinin ikinci ən mühüm qolunu o vurdu.
“Arsenal”ın qapısına vurulun daha bir topun müəllifi Olivye Jiru oldu. “Arsenal”ın keçmiş hücumçusu “Çelsi”nin keçmiş qapıçısı Peter Çexə qol vurub - intriqaya bax! Final fitindən sonra çexiyalı qapıçıya özünün məşhur dəbilqəsində baxmaq çox acınacaqlı idi. Axı o, mövsümün sonunda karyerasının başa çatdığı barədə elan etmişdi. Yəqin ki, o, böyük futboldan bu cür kədərli notlarla ayrılmağı ağlına gətirmirdi...
Futbol belədir: Çex və “Arsenal”ın azarkeşləri bu axşam kədərlənməli oldular, lakin “Çelsi”nin düşərgəsində əsl şadyanalıq idi. “Çelsi” ikinci dəfə idi ki, (birinci dəfə 2013-cü ildə) Avropa Liqasında qalib gəlirdi. İtaliyalı mütəxəssis isə 60 yaşında məşqçi karyerasında ilk mükafatını qazanırdı. Futbolda belə hallar da olur.
Şübhəsiz deyə bilərik ki, Avropa Liqasının Bakıda keçirilən finalı 100 faiz baş tutdu və futbol tarixinə növbəti parlaq səhifə kimi daxil oldu.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

