Radikal müxalifət növbəti dəfə milli ideyalara, ənənələrə və tariximizə hörmətsizlik göstərdi
31.05.2019 [10:31]
28 May - Respublika Gününü siyasi istismar vasitəsinə çevirməyə çalışan radikal düşərgə bir daha hansı simaya malik olduğunu nümayiş etdirdi
Maddi təminat qarşılığında xarici anti-azərbaycançı dairələrlə işbirliyinə girən, onların sifarişlərini yerinə yetirən, ölkəmizə qarşı aparılan çirkin kampaniyalarda yer alan radikal müxalifət düşərgəsi yenə də öz ampluasındadır. Vurğulamaq lazımdır ki, illərdir eyni “məqsəd”ə xidmət göstərən dağıdıcı ünsürlərin təmsil olunduğu partiyalar, yaratdıqları qondarma birliklər də xarakter etibarı ilə bir-birinin davamına çevrilir, analogiya təşkil edir. Radikal düşərgə təmsilçiləri yalnız maddi tələbatlarını ödəmək üçün milli maraqlara xəyanət edir, anti-azərbaycançı mərkəzlərlə eyni cərgədə yer alırlar. Ermənipərəst mərkəzlərdən pul qopartmaq üçün hətta mühüm tarixi günləri belə siyasi istismar vasitəsinə çevirməyə cəhd göstərən radikal düşərgə təmsilçiləri bununla siyasi dividend qazanmaq niyyətindədirlər. Yeri gəlmişkən, mayın 28-də Müsavat Partiyası və qondarma “Milli şura” ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə aksiya keçiriblər. Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilsə də, nəticə heç də “ürəkaçan” olmayıb. Belə ki, Abşeron rayon Polis İdarəsinin KİV-ə verdiyi məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər, qondarma “Milli şura”nın keçirdiyi aksiyada isə “Milli şura” koordinasiya şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.
Qeyd edilməlidir ki, hər il Azərbaycanda 28 May - Respublika Günü bütün ölkə səviyyəsində təntənəli şəkildə qeyd olunur. Eləcə də həmin gün rəsmi qəbul təşkil olunur, ölkə başçısı Cümhuriyyət qurucularının şərəfinə qoyulmuş abidəni ziyarət edir. Xaricdəki ermənipərəst dairələrin xoşuna gəlməyə çalışan radikal müxalifət də bayrama günlər qalmış sosial şəbəkələrdə belə bir “aksiya” keçirəcəyi ilə bağlı təbliğatlar aparıb, çağırışlar edib. Lakin Ə.Kərimlinin ciddi-cəhdlə apardığı təbliğat fiaskoya uğrayıb və radikal ünsürlər növbəti dəfə acınacaqlı mənzərə ilə üz-üzə qalıblar. Xalqımız yenə də radikal düşərgənin keçirdiyi aksiyaya etinasızlıq göstərərək düşərgə təmsilçilərinə qarşı mənfi münasibətini ortaya qoymuş olub. Bununla həm də 28 May - Respublika Gününü özünə fürsət bilib siyasi məqsədlər üçün istifadə etməyə çalışan radikal düşərgə bir daha hansı simaya malik olduğunu nümayiş etdirdi. Belə ki, bu addım milli ideyalara, ənənələrə və tariximizə hörmətsizlikdir.
Ümumiyyətlə, radikal düşərgə təmsilçiləri belə mühüm günlərdə özünü gündəmə gətirmək üçün əldən-ayaqdan gedirlər. Eləcə də 28 mayda keçirilən bu uğursuz aksiya cəhdi də birinci deyil. 20 Yanvar Ümumxalq Hüzn günündə, Xocalı soyqırımının ildönümündə Əli Kərimli və digər radikal ünsürlər aksiyalar təşkil etməyə, təxribat törətməyə çalışırlar. Bu isə onların əsl məqsədlərinin üzərinə bir daha işıq salır.
Bəli, müasir Azərbaycan dövləti 1918-ci ildə yaradılmış AXC-nin varisidir və siyasi alverlə məşğul olan bəzi şəxslərin milli dəyərimizi öz çirkin niyyətlərinə nail olmaq üçün vasitəyə çevirmək cəhdləri yolverilməzdir. Təbii ki, xalqımız hər şeyin fərqindədir və Ə.Kərimlinin keçirdiyi bu uğursuz aksiyaya verilən reaksiya da bunu göstərir. Azərbaycan xalqına, öz dövlətinə, xəyanət edən, milli maraqları satan radikal ünsürlər, xəyanəti özünə “yol” seçənlər hər zaman məğlubiyyətə məhkumdurlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

