Radikal müxalifət mühüm tarixi günləri siyasi istismar vasitəsinə çevirməyə cəhd edir
30.05.2019 [10:07]
Radikal müxalifət hər bir azərbaycanlı üçün mühüm olan tarixi günləri siyasi istismar vasitəsinə çevirməyə cəhd edir. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Şərq” qəzetinə açıqlamasında radikal müxalifətin 28 mayda keçirməyə cəhd etdiyi aksiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, edilən cəhdlərin heç biri baş tutmur: “28 may Azərbaycanda milli səviyyədə qeyd olunan bayramımızdır. Bir il öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ölkə başçısı Sərəncam imzaladı və 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” kimi qeyd olundu. Hər il 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilir və Prezident Cümhuriyyət qurucularının şərəfinə qoyulmuş abidəni ziyarət edir”.
Deputat vurğulayıb ki, 28 may günü Novxanıda aksiyaların pərakəndə şəkildə keçirilməsi, Cümhuriyyət qurucularına yaraşmayan şəkildə tədbirlərin təşkili milli ideyalara, ənənələrə və tariximizə hörmətsizlikdir: “Heç bir halda yol vermək olmaz ki, xalqımızın 101 il bundan əvvəl qurduğu dövlət kiminsə siyasi istismar vasitəsinə çevrilsin və kimsə bundan divident qazanmağa çalışsın. Azərbaycan xalqı məsələnin fərqindədir. Xalqımız görür ki, heç bir halda siyasi divindent qazana bilməyən vətəndaşları, müxtəlif siyasi dünyagörüşün daşıyıcısı olan insanları öz ətrafında toplaya bilməyən ayrı-ayrı müxalif qruplar gündəmdə qalmağa çalışırlar. Azərbaycan xalqı bütün bunları qınayır. Dünya tarixini bilən, dövlətçilik şüurunun daşıyıcısı olan hər bir vətəndaş bilir ki, bu mühüm tarixi hadisəni belə şəkildə manipulyasiya etməklə siyasi qazanc əldə etmək mümkün deyil. Baş verən hadisələrdən görürük ki, müxalifət düşərgəsində olan ayrı-ayrı tərəflər ümummilli bayramı bir yerdə qeyd edə bilmir. Bu da onların tarixi hadisələrə yanaşmasının göstəricisidir. Azərbaycan xalqı dövlətçilik və cümhuriyyət ənənələrinə sadiqdir. Dövlətçiliyimizin əleyhinə olan xırda aksiyalar xalq tərəfindən qəbul edilmir”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

