Radikal müxalifətin 28 May aksiyası da fiasko ilə nəticələndi
30.05.2019 [09:52]
Azərbaycan xalqının dağıdıcı ünsürlərə etimad göstərmədiyi, onları dəstəkləmədiyi növbəti dəfə təsdiqləndi
Öz inkişafına görə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan hazırda demokratik ənənələrə sadiqliyi ilə seçilir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan bu gün yerləşdiyi bölgənin əsas iqtisadi-siyasi aktorudur. Yeri gəlmişkən, məlum olduğu kimi bir neçə gün öncə 28 May - Respublika Günü qeyd edildi və AXC-nin qurulmasının 101-ci ildönümü ilə bağlı dövlətimiz tərəfindən təntənəli tədbirlər keçirildi.
Bu bayram gününü özünə siyasi dividend vasitəsinə çevirməyə çalışan radikal müxalifət düşərgəsinin isə yenə də “oxu daşa dəydi”, xalq tərəfindən dəstəklənməyən radikal ünsürlərin xəyalları bu dəfə də puç oldu. Belə ki, mayın 28-də Müsavat Partiyası və qondarma “Milli şura” ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə aksiya keçiriblər. Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilsə də, nəticə dağıdıcılar üçün elə də “ürəkaçan” olmayıb. Abşeron rayon Polis İdarəsinin KİV-ə verdiyi məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər, qondarma “Milli şura”nın keçirdiyi aksiyada isə “Milli şura” koordinasiya şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.
Azərbaycan xalqı bir daha Əli Kərimliyə layiqli cavab verdi
Bu məqamda qeyd etmək yerinə düşər ki, hələ bir neçə həftə öncədən sosial şəbəkələrdə belə bir tədbirin keçiriləcəyi ilə bağlı elanlar yayan, təbliğat aparan, bu bayramı öz korporativ maraqlarına vasitə etməyə çalışan Əli Kərimli və digər radikal ünsürlər bir daha hansı simaya malik olduqlarını cəmiyyətə nümayiş etdirdilər. Bir daha bəlli oldu ki, bu ünsürlər Xalq Cümhuriyyətinin növbəti ildönümündən də özlərinin çirkin təbliğatı üçün istifadə etməyə çalışırlar. Lakin Xalq Cümhuriyyəti və onun qurucuları ilə bağlı məsələləri öz adlarına çıxmağa çalışan Ə.Kərimlinin bu cəhdləri də nəticəsiz tamamlandı. Xalq bir daha radikal ünsürlərə etimad göstərmədiyini, dövlətimizin maraqlarına və mənafeyinə xəyanət edənlərə güvənmədiyini ortaya qoydu. Dağıdıcı düşərgənin heç bir elektorata malik olmadığı bir daha öz təsdiqini tapdı. Həmişə olduğu kimi yenə də Ə.Kərimlinin və digər radikal ünsürlərin sosial şəbəkələrdə yalançı pafosa güc vermələri nəticəsiz tamamlandı. Bu dəfə də onların yalanlarının ömrü qısa oldu. Əslində bu gözlənilən idi. Çünki rəhbərlik etdiyi partiyanın cəmisi bir neçə yüz insandan ibarət üzvlərini “elektorat”, “tərəfdar” qismində qələmə verməyə çalışan Ə.Kərimli hər dəfə də eyni aqibəti yaşayır və acınacaqlı duruma düşür. 28 May bayramını özü üçün “siyasi tramplin”ə çevirməyə çalışan Ə.Kərimliyə Azərbaycan xalqı bir daha layiqli cavab verdi.
Dağıdıcı ünsürlər öz azsaylı elektoratını da itirib
Qeyd olunmalıdır ki, Ə.Kərimlinin bu miskin vəziyyətə düşməsi heç də birinci dəfə deyil. Ümumiyyətlə, bu vaxta kimi keçirdiyi hətta icazəli aksiyalar öncəsi belə sosial şəbəkələrdə “çoxsaylı elektoratına” müraciət edən Ə.Kərimli onları meydana dəvət etsə də, nəticə dəyişmir. Daha doğrusu, cəmisi 300 nəfərdən ibarət “ştatlı mitinqçi”lərdən başqa Ə.Kərimlinin səsinə səs verən tapılmır və real mənzərə yenə də şillə kimi radikal ünsürlərin üzünə çırpılır. Qısası, Ə.Kərimli belə aksiyalardan istifadə edərək özünü ermənipərəst mərkəzlərə “əsas müxalifət” və ya “çoxüzvlü partiya” kimi tanıtdırmağa çalışsa da, mümkün olmur. Hər dəfə başı daşa dəyən Ə.Kərimli isə usanmır, yenə də öz bəd əməllərini davam etdirir. Məsələn, illərdir ki, 20 Yanvar faciəsinin ildönümlərini və Şəhidlər xiyabanına ziyarət prosedurunu özünün siyasi manipulyasiya vasitəsinə çevirməyə çalışan Ə.Kərimlinin oyunları baş tutmur. Bundan başqa bu ilin yanvarında M.Ə.Rəsulzadənin anadan olmasının ildönümü ərəfəsində “minlərlə üzvün iştirakı ilə aksiya keçirəcəyini” vəd edən Ə.Kərimli nəticədə yenə də acınacaqlı bir mənzərə ilə üz-üzə qaldı.
İki gün öncə yaşanmış sonuncu məyusluq isə həm də onu deməyə əsas verir ki, bu durumu artıq radikal ünsürlər gizlədə bilmirlər və sosial şəbəkələrdə bu halı ört-basdır etmək üçün dağıdıcılar tərəfindən göstərilən səylər nəticəsiz qalır. Bir sözlə, yalançı pafoslarından əl çəkməyən, yenə də gözə kül üfürməklə məşğul olan, “xalqın dəstəyi” barədə danışan radikal düşərgə təmsilçilərinin bütün hazırlıqlarına baxmayaraq, həftələrlə, günlərlə çağırış edib cəmisi 200-300 adamı ortaya çıxara bilməsi faktı özü hər şeyə aydınlıq gətirir.
Əslində, radikal müxalifət düşərgəsinin üzvlü, tərəfdarlı, qohum-əqrəbalı elektoratının real sayı cəmisi bu qədərdir. Əli Kərimli, Cəmil Həsənli və ya digər özünü “lider” sayanların danışdıqları yalanlar isə sadəcə, kameralara və yalan təbliğata hesablanıb. Belə deyilsə o zaman radikallar aşağıdakı suallara cavab versinlər: Axı, görəsən, “Milli şura” bu dəfə 28 May - Respublika Günündə M.Ə.Rəsulzadənin heykəlinin yanına o iddia etdikləri guya var olan “tərəfdarlarını” niyə aparmayıb? Niyə oraya cəmi 200-300 adamla gəlib? Bütün bunlar bir daha göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.
Bəli, hər zaman xarici dairələrin sifarişlərini yerinə yetirən dağıdıcı ünsürlər xalqın etimadını qazana bilmir, hətta öz azsaylı edektoratını da gündən-günə itirirlər. Bir sözlə, radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdiyi aksiyalar onların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

