“Müstəqilliyimiz birbaşa Ulu Öndərin adı ilə bağlıdır”
11.05.2019 [10:00]
“Gözəl deyirlər ki, tarix keçmiş siyasət, siyasət bugünkü tarixdir. Biz tarixi öyrənməklə, əslində, o dövrdəki siyasəti öyrənirik. Tarixə diqqət yetirəndə, görürük ki, siyasi proseslər hərbi münaqişələrin, yəni siyasətin nəticəsi olaraq, baş vermiş hadisələrin xronologiyasıdır. Bu mənada biz Heydər Əliyevdən danışanda istər tarixi ,istərsə də, siyasi kontekstdən gözümüzün qabağında bütöv bir era canlanır. Bu, Heydər Əliyev erasıdır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, ən başlıcası ondadır ki, bu era bu gün də davam edir: “Fiziki baxımdan Heydər Əliyev aramızda yoxdur, amma Onun yaratdığı siyasi era davam edir. Hesab edirəm ki, bu, Azərbaycanda yüzilliklər boyunca davam edəcək. Çünki Azərbaycanın müstəqil dövlətçiliyinin əsaslarının, ideoloji prinsiplərinin yaranması, Azərbaycan cəmiyyətinin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, dövlət qurmaq üçün, əlbəttə, ideoloji konsepsiya, elmi əsaslar lazımdır. Müstəqil dövlətimizin ən aparıcı, birləşdirici konsepsiyası Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq konsepsiyasıdır. Azərbaycançılıq konsepsiyası isə müstəqillik dövründən başlamayıb. Əslində bu, 1969-cu ildən, Ulu Öndərin Azərbaycana hakimiyyətə gəldiyi illərdən başlayıb. Azərbaycançılıq hələ sovet imperiyası dövründə Bakının azərbaycanlaşdırılması, neft sənayesi, digər sənaye müəssisələrinin qurulması və azərbaycanlı gənclərin əyalətlərdən Bakıya daşınması ilə başlayıb. Ən nəhayət, azərbaycançılıq konsepsiyası 1978-ci ildə, Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasından başlayıb. Bu amillər milli, siyasi, etnik münasibətlərimizin aparıcı, birləşdirici üzvü olan Azərbaycançılıq ideologiyasının əsasları və kökləridir.
Heydər Əliyevin dövlətçilik məktəbi bütövlükdə bir ağacdır. Bunun kökləri dərinliklərə gedir. Ulu Öndərin fəaliyyətindən danışarkən, onu bütöv, tam şəkildə nəzərdən keçirmək lazımdır. Bu dövrü üç yerə, 1969-1982-ci illər, 1982-1987-ci illər, hətta yarımdövr kimi ortadakı dövrü də xarakterizə etmək olar. Ən nəhayət, müstəqillik dövrünə bölmək olar. Bu tarixi dövrlər Azərbaycan xalqının möhtəşəm tarixidir. Qeyd olunduğu kimi, Ulu Öndər Heydər Əliyev, ilk növbədə, Azərbaycanı sənaye ölkəsinə çevirmək üçün məxsusi, məqsədyönlü siyasət həyata keçirməyə başladı. O dövrdə SSRİ büdcəsindən Azərbaycana ayrılan vəsaitin məbləği çox kiçik həcmdə idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamıza ittifaq büdcəsindən ayrılan vəsait dəfələrlə artırıldı. Bütün bunların hər birinin arxasında Heydər Əliyevin titanik fəaliyyəti, rus şovinizmləri ilə mübarizəsi dururdu. Ona görə də, o dövr haqqında çəkinmədən, qətiyyətlə danışmaq lazımdır. Hərb olmasa, dövlət olmaz. Bu baxımdan, Azərbaycanda hərbi kadrların hazırlanması ilə bağlı Ulu Öndərin xüsusi siyasəti var idi. Sovet hərbi sisteminin tərkibində bu ali məktəblərin qurulmasına baxmayaraq, onlar milliləşirdi. Bütün bunlar Ulu Öndərin o dövrdəki fəaliyyətinin nəticəsi idi. Yəni, müstəqilliyimiz birbaşa Ulu Öndərin adı ilə bağlıdır.
Dövlət yaratmaq, qurmaq olar, amma bu dövlətin varisliyini təmin etmək çətin məsələdir. Dövlətçiliyi ideoloji əsaslarla, müvafiq struktur ilə təmin etmək olduqca mürəkkəb məsələdir. Ulu Öndər Heydər Əliyev elə bir dövlət sistemi qurdu ki, bu sistemin başında duran siyasi varis Azərbaycan dövlətinin gələcəyini təmin etdi. Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadiyyatın inkişafı, Azərbaycan cəmiyyətinin sosial-siyasi strukturunun formalaşması, etnik siyasi vasitəçiləri birləşdirəcək proseslərlə bağlı verilən qərarlar Onun uzaqgörənliyindən xəbər verir. Balanslaşdırılmış siyasət sözünə hər kəs qəribə bir hiss ilə baxırdı. 2008-ci ilin avqust ayının 7-də Gürcüstan hadisələri baş verəndən sonra hamıya aydın oldu ki, balanslaşdırılmış siyasət nə deməkdir. Dahilik, uzaqgörənlik, xarizma, böyüklük, siyasi liderlik məhz Onun yürütdüyü siyasətdə və Onun bariz nümunələrində özünü göstərir. Hesab edirəm ki, xalqımız hələ uzun müddət Ulu Öndərin Azərbaycan üçün etdiklərinin bəhrəsini görəcək”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

