“Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını yaradıb”
08.05.2019 [09:27]
“Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün isə ümumbəşəri dəyərdir. Çünki O, həyata keçirdiyi böyük siyasətlə təkcə Azərbaycan xalqının deyil, postsovet məkanında olan bugünkü bir çox xalqların həyatında çox mühüm rol oynayıb”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını yaradıb: “Ümummilli Lider Azərbaycan mədəniyyətini, mənəviyyatını, dilini həmişə mühafizə edib. Onun hakimiyyətdə olması tarixin iki ziddiyyətli mərhələsini əhatə etsə də, ancaq Heydər Əliyevin amalı bir olub. Ulu Öndər həmişə Azərbaycan xalqının intibahı, onun inkişafı üçün çalışıb. Ulu Öndərimizin bizə qoyub getdiyi ən böyük miras müstəqil Azərbaycan dövlətidir və Azərbaycançılıq ideologiyasıdır. Bu iki məsələ bir-biri ilə çox sıx bağlıdır. Çünki ictimai həmrəyliyi təmin edəcək ümummilli ideologiya olmasa, dövləti qurmaq olmaz. Dövlət varsa, mütləq onun ideologiyası olmalıdır və ideologiyasız da dövlət yaşamaz. Bax bu iki komponent hazırda Azərbaycanın inkişafını təmin edən institusional və ideoloji əsaslardır. Təbii ki, bu əsaslarda da Azərbaycan inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib, ölkəmizin iqtisadiyyatı böyüyüb və beynəlxalq nüfuzu artır. Bu gün Azərbaycan xalqının sayı 10 milyonu ötüb. Bütün bunlar Azərbaycan xalqının əldə etdiyi tarixi nailiyyətlərdir ki, bu nailiyyətlər məhz bundan sonrakı mərhələdə də ölkəmizin inkişafını təmin edəcək. Ötən hər gün biz Ümummilli Liderin böyüklüyünü bir daha görürük və onun şahidi oluruq. Onun ən böyük əsəri olan Azərbaycanda yaşamaqdan qürur hissi keçiririk”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

