Pərvin Kərimzadə: Ölkəmiz dünyada sülhün təmin edilməsinə öz müsbət töhfəsini verir
07.05.2019 [09:01]
Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verir.
Qlobal iqtisadi və mədəni əhəmiyyət daşıyan, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkan kimi ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dünya miqyasında çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən toplantıların, konfransların, forumların Bakıda keçirilməsi Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi sülhsevər siyasətin uğurudur. Tarixən əməkdaşlıq məkanı olan Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkələr, xalqlar arasında körpü rolundan, xoş məramından irəli gəlir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, artıq Azərbaycan 5-ci dəfə mötəbər tədbirə ev sahibliyi etməklə sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini nümayiş etdirir. “Bakı Prosesi”nin çox önəmli tərkib hissəsi olan Forum dünyada baş verən aktual məsələlərin həlli yolunda müzakirələr üçün əvəzolunmaz platformadır. Forum sayəsində beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər öz fikirlərini bölüşür və dünyada sülhün bərqərar olması məqsədilə mövcud problemlərin həll yollarını axtarırlar.
“Təəssüflər olsun ki, dünyada hələ də müharibələrə çağırışlar səsləndirilir, qruplaşmalar, münaqişələr, terror hadisələri baş verir. Fərqli sivilizasiyaların, mədəniyyətlərin, dinlərin arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılması üçün mədəniyyətlərarası dialoqa, anlaşmaya daha çox ehtiyac duyulduğu bir vaxta Bakı bütün dünyanın düşünən beyinlərini bir araya toplayaraq, gündən-günə artan gərginliyə, düşmənçilik həddinə çatan münasibətlərə son qoymağa, insanları birliyə, sülhə və dialoqa çağırır”, - deyə P.Kərimzadə qeyd edib.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanlar arasında intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır, bütün dünyaya öz töhfəsini verəcəyinə inamını ifadə edir. Ən əsası isə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həyəcan təbili çalaraq insanları dünyamızda ən çox ehtiyac duyulan mədəniyyətlərarası dialoqa səsləyir.
Qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi kimi “Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir”.
Bakıda davamlı keçirilən bu humanist tədbirlər nəinki dünyaya multikultural dəyərlərin inkişafı nümunəsidir, eyni zamanda, böyük siyasətçilərin, nüfuzlu beynəlxalq təşkilatların yüksək dəyərləndirdiyi bir beynəlxalq tədbirdir.
Xalqları bəşəri dəyərlər ətrafında birləşdirmək, sülhə çağırış kimi humanist idealları tərənnüm edən Forum ildən-ilə nüfuzunu artırır.
Mədəniyyətlərarası əməkdaşlıq məsələsi uzunmüddətli və mürəkkəb bir prosesdir. Belə bəşəri dəyərlərin bərqərar olmasında, humanist məsələlərin təbliğ edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi rolu olduğunu dünya ictimaiyyəti yüksək dəyərləndirir və layiqincə qiymətləndirir. Dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılmasının olduqca vacib olduğunu vurğulayan Forum iştirakçıları Prezident İlham Əliyevə belə bir təşəbbüsü reallaşdırdığına görə, Azərbaycanı beynəlxalq güclərin toqquşan deyil, qovuşan məkanına çevirdiyinə görə təşəkkür ediblər.
Forum bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası qütblər arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamır, həm də dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə öz müsbət töhfələrini verir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

