Küveyt mətbuatı Azərbaycan əhalisinin sayının 10 milyona çatmasını geniş işıqlandırıb
11.04.2019 [09:24]
Azərbaycan Respublikasının 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkəmizin Küveytdəki səfirliyi tərəfindən məlumatlar hazırlanaraq Küveyt kütləvi informasiya vasitələrinə göndərilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, aprelin 10-da Küveytdə gündəlik ərəb dilində nəşr olunan, böyük oxucu auditoriyasına malik “Əl-Nahar” və “Əljarida” qəzetlərinin elektron və çap variantlarında, həmçinin “Twitter” səhifələrində “Azərbaycan 10 milyonuncu sakininin dünyaya gəlişini bayram edir” adlı məlumatlar dərc edilib. Eyni zamanda, “Dasmannews” elektron qəzetində “Azərbaycan Respublikasının Prezidenti və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakinin dünyaya gəlişi münasibətilə Azərbaycan xalqını təbrik ediblər” başlıqlı məlumat yayılıb.
Məlumatlarda Azərbaycanın həyatında çox əlamətdar hadisənin baş verdiyi, əhalisinin sayının 10 milyon nəfərə çatdığı qeyd edilib. 2019-cu il aprelin 6-da Bakı şəhərində keçmiş Ağdərə rayonu sakinləri, hazırda Ermənistanın işğalı altında olan Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində ölkənin 10 milyonuncu sakininin dünyaya gəldiyi bildirilib.
Yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu münasibətlə Azərbaycan xalqını, yeni doğulmuş körpənin valideynlərini təbrik etdiyi vurğulanıb. Son illərdə Azərbaycan əhalisinin sayının sürətlə artdığı, bunun isə Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsi olduğu vurğulanıb.
Məlumatlarda, həmçinin Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında konsert proqramlarının təşkil olunduğu bildirilib. Müstəqil Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsini hər kəsin böyük sevinclə qarşıladığı qeyd edilib.
Yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşdüyü, ailəyə mənzil hədiyyə edildiyi və hesablarına maliyyə vəsaitinin köçürüldüyü barədə məlumatlar öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

