/ / Hikmət Babaoğlu: Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir
Hikmət Babaoğlu: Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir
04.04.2019 [09:44]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışında diqqəti cəlb edən xeyli mühüm məsələlər var. Bunlardan birincisi ondan ibarətdir ki, Vyana danışıqlarından dərhal sonra Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə görüşdü, öz xalqına və onun güclü ordusuna arxalandığını nümayiş etdirmiş oldu. Ali Baş Komandanımız bir daha bildirdi ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu səsləndirib.
“Dövlətimizin başçısının dediyi kimi, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fikir, əslində, işğalçı Ermənistana verilən ciddi ismarıc kimi qiymətləndirilə bilər. Yəni danışıqlar prosesini imitasiya, yaxud manipuliyasiya etmək cəhdlərinizə Azərbaycan sona qədər dözmək fikrində deyil və Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır. Digər mühüm ismarıc isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində digər bütün faktorlarla bərabər, Aprel döyüşlərindən sonra hərbi-psixoloji əhval ruhiyyənin də Azərbaycanın lehinə dəyişməsilə əlaqədar idi. Prezident İlham Əliyev bildirdi ki, əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür”, - deyə baş redaktor vurğulayıb.
Deputatın sözlərinə görə, Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Bu mühüm əhəmiyyətli fikir həm də o deməkdir ki, bu gün xeyli sayda strateji yüksəkliklər və rayonlar işğal altındadır ancaq buna baxmayaraq, Azərbaycan Ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər. Nəhayət, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
“Bütün bunlar isə belə bir ümumiləşdirmə aparmağa məntiqi əsas yaradır ki, Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, qadirdir və geostrateji şərtlər uyğun olan kimi bu istiqamətdə qəti addımlar atacaq”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

