“Luxus-Plus” portalı Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
28.03.2019 [09:46]
Fransanın https://luxus-plus.com portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə səfəri ilə bağlı “Fransa-Azərbaycan: uzun tarixi, iqtisadi əməkdaşlıq” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq məsələlərinin müzakirə olunmasından yazılıb. Ölkəmizin iqtisadi və digər sahələrdə böyük potensiala malik olduğu vurğulanıb.
“Qafqazın güclü iqtisadi ölkəsi olan Azərbaycanla siyasi, iqtisadi və mədəniyyət münasibətlərindən necə yan keçmək olar? Fransa yaxşı anlayır ki, dünyanın stabil və regional aparıcı ölkələrinə ehtiyacı var. Buna görə də bu gün güclü iqtisadi inkişafı olan ölkələrlə ikitərəfli münasibətləri təşviq etmək zəruridir”, - deyə jurnalist Elen Kuqo diqqətə çatdırıb.
Məqalədə qeyd edilir ki, əlverişli coğrafi mövqeyinə görə Azərbaycan əsas regional mərkəzdir və əsas marağı möhkəm iqtisadiyyata malik olmaqdır.
“Azərbaycan inkişafda olan güclü ölkədir”, - deyə ölkəmizi təqdim edən jurnalist son 20 ildə ölkəmizin yalnız karbohidrogen ehtiyatlarına güvənməyərək iqtisadiyyatın bütün sektorlarını şaxələndirdiyini diqqətə çatdırıb.
Ölkəmizin kənd təsərrüfatının inkişafından söz açılaraq bir çox yerli məhsulların ABŞ-dan tutmuş Yeni Zelandiyaya qədər dünyanın müxtəlif ölkələrinə ixrac edildiyi vurğulanıb. Azərbaycan şərablarının məşhur olmasından yazılıb.
Eyni zamanda, ölkəmizin ağır sənaye, logistika, ticarət, maliyyə xidmətləri, informasiya texnologiyaları kimi sahələrin inkişafından danışılıb.
Azərbaycanın dünya iqtisadi rəqabətlilik baxımından 37-ci yerdə qərarlaşdığı qeyd edilib. Ölkəmizin strateji geosiyasi məkanda yerləşdiyi, işsizliyin həcminin aşağı olduğu, bütün nəqliyyat növləri üzrə infrastrukturun genişləndirildiyi vurğulanıb. Böyük İpək Yolunun Bakı üçün keçmiş deyil, gələcək olduğu bildirilib.
Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərindən və bu ölkənin rəsmi şəxsləri ilə görüşlərindən bəhs olunub. Qeyd edilib ki, görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib.
Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində görüşdüyü fransız müəssisələrinin nümayəndələri görüşlərin məhsuldar olduğunu, iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu xüsusi qeyd ediblər.
Qafqaz regionunda Azərbaycanın Fransanın birinci iqtisadi tərəfdaşı olduğu vurğulanıb.
Qeyd edək ki, iqtisadiyyat üzrə ixtisaslaşmış “Luxus-Plus” portalının eyni adlı jurnalı da dərc olunur.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

