Naxçıvan Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyası yenidən qurulub
28.03.2019 [09:43]
Martın 27-də Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Behruz Əzimov çıxış edərək deyib ki, Maye-Qaz Anbarında və Qazdoldurma Stansiyasındakı binalar, çənlər, elektrik avadanlıqları, borular və digər avadanlıqlar 1961-ci ildə istismara verilmişdi. Bütün avadanlıqlar və tikililər istismara yararlılıq müddətini başa vurmuş, kompressor və nasoslar köhnəlmiş, istismara yararsız vəziyyətə düşmüşdü. Həmçinin alternativ enerji mənbəyi olmadığından enerji kəsilən zaman çətinliklər yaranırdı. Eyni zamanda, müəssisə yaşayış binalarının əhatəsində yerləşdiyindən təhlükə yaradırdı. Ali Məclis Sədrinin tapşırığından sonra müvafiq ərazi seçilərək müasir kompleks inşa olundu. Bu da imkan verəcəkdir ki, muxtar respublika əhalisinin, müəssisə və təşkilatlarının maye qaza olan tələbatı tam ödənilsin. Behruz Əzimov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Bu gün ölkəmizdə insan amilinə yüksək qiymət verilir. İnsanların təhlükəsiz və rahat yaşayışı diqqətdə saxlanılır. Muxtar respublikada da bu istiqamətdə tədbirlər görülür. Uzun illərdir fəaliyyət göstərən Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyası istismar müddətini başa vurmuşdu. Bu da həmin ərazidə yaşayanlar və işçilər üçün təhlükə yaradırdı. Ona görə də Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının yenidən qurulması üçün qərar qəbul edildi, ərazi seçildi, vəsait ayrıldı və bu işlər həyata keçirildi. Yaradılan şərait kollektivin iş şəraitinin yaxşılaşdırılmasına, eləcə də əvvəlki ərazidə yaşayan insanların təhlükəsizliyinin təmin olunmasına imkan verəcəkdir. Görülən işlər ölkəmizin inkişafının göstərici olmaqla yanaşı, həm də dövlətimizin insan amilinə verdiyi qiymətin daha bir ifadəsidir”.
Ali Məclisin Sədri deyib: “Muxtar respublikada bütün yaşayış məntəqələri qazlaşdırılıb. Lakin qaz balonlarından istifadə edən təsərrüfat adamlarının, xüsusilə maye qazla işləyən avtomobillərin sayı artır. Tələbatın ödənilməsi üçün, ilk növbədə, müasir mərkəz qurulmalı idi. Bundan sonrakı mərhələdə isə rayon mərkəzlərində qazdoldurma stansiyaları qurulacaqdır. Həyata keçirilən bu tədbirlər nəticəsində yeni iş yerləri də açılacaqdır”.
Ali Məclisin Sədri deyib: “Müasir Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının istifadəyə verilməsi muxtar respublikada fövqəladə halların qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Çünki ötən il muxtar respublikada fövqəladə hallar zamanı müəssisə və təşkilatların işinin təşkilinə dair keçirilən müşavirədə qarşıya qoyulan əsas vəzifələrdən biri də Naxçıvan Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının yenidən qurulması idi. Müşavirədən ötən dövrdə müvafiq tədbirlər görülmüş, təhlükəli hallar müəyyənləşdirilərək aradan qaldırılmışdır. Hazırda muxtar respublikada bütün təşkilatlar və obyektlər fövqəladə hallara tam hazırdır”.
Ali Məclisin Sədri Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Məlumat verilib ki, yeni tikilmiş Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasında ümumi tutumu 200 kubmetr olan 4 çən qurulub. Çənlərdə 95,2 ton maye qaz saxlamaq mümkündür. Yenidənqurma işləri zamanı təhlükəsizlik qaydalarına və standartların tələblərinə tam əməl olunub. Müəssisədə müasir soyutma, işıqlandırma və video-nəzarət sistemləri, hava kompressoru, reduktor, rəqəmsal generator, 3 tərəzidən ibarət elektron dolma aparatı və təhlükəsizlik açarları quraşdırılıb, yanğınsöndürmə avadanlıqları qoyulub. Elektron dolma aparatı vasitəsilə 40 saniyədə istənilən ölçüdəki balonları doldurmaq mümkündür. Yeni nasoslar isə saatda 15 ton maye qaz boşaltmaq gücünə malikdir.
Müəssisədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 24 saat təhlükəsizliyə nəzarət olunur. Hər hansı bir təhlükə yarandıqda həyəcan siqnalı işə düşür və sistem avtomatik olaraq bütün avadanlıqları bağlayır. Eyni zamanda, çənlərin üzərindəki qoruyucu açarlar da yüksək təzyiq olduğu zaman avtomatik olaraq açılır, təzyiq normala düşdükdə isə bağlanır. Bundan əlavə müəssisədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tutumu 2,5 ton olan köpük çəni quraşdırılıb.
Ərazidə maye qazla işləyən avtomobillər üçün yanacaqdoldurma məntəqəsi də istifadəyə verilib.
Ali Məclisin Sədri təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması, ərazidə yaşıllıqların salınması və muxtar respublikanın rayonlarında da qazdoldurma məntəqələrinin qurulması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxHadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17

