/ / Hikmət Babaoğlu: Prezident İlham Əliyev tərəfindən əfv Sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib
Hikmət Babaoğlu: Prezident İlham Əliyev tərəfindən əfv Sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib
28.03.2019 [09:40]
“Prezident İlham Əliyev tərəfindən əfv Sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib”. Bu fikri yap.org.az saytına “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir: “Buna paralel olaraq həm də Azərbaycanda həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır. Xüsusi təhlükəli hallar istisna olmaqla təcridetmədə cəzanın yüngülləşdirilməsi imkanları yaradır. Bu Sərəncamla 400-dən çox vətəndaşımız əfv edildi. Onların içərisində xarici ölkə vətəndaşları da var idi. Əfvetmə cəmiyyətimizdə, onun ictimai rəyində olduqca müsbət hadisə kimi qarşılandı və şübhəsiz ki, ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi”.
Millət vəkilinin sözlərinə görə, əfv sərəncamları həm də bu məsələdə ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirməklə ümumi münasibətlər sistemində müsbət hal kimi assosiasiya olunur: “Əlbəttə, bu faktor da vacibdir və pozitiv əhval-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi əsaslarında baş tutmasıdır. Azərbaycan hakimiyyəti bunu müstəqil siyasi iradəsinə söykənərək edir və bu zaman hələ 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın yaratdığı hüquqi fəlsəfəyə istinad edir. Ona görə də Azərbaycan cəmiyyətində vaxtaşırı əfv olacağı ilə bağlı bir gözlənti olur və bu da insanlarda həmişə ümid yaradır. Məhkum edilmiş şəxslər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Beləliklə də, əfv hadisəsi hüquqi cəzadan da artıq tərbiyəedici vasitəyə çevrilir. Ancaq təəssüf ki, bu humanist addımı fərqli formada qiymətləndirənlər də tapılır. Azərbaycan Prezidentinin Sərəncamı ilə əfv edilənlərin siyahısında sabiq səhiyyə naziri Əli İnsanovun da adı vardı. Onun azadlığa buraxılması Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil və humanist qərarı olsa da, bu şəxs məlum qərarın guya beynəlxalq təşkilatların təzyiqi nəticəsində alındığını iddia etdi. Bu cür yanaşma əfv kimi humanist dəyərlərimizin dəyərsizləşdirilməsinə xidmət etməklə cəmiyyətdə belə qərarların antitəbliğatı vasitəsinə çevrilir. Əli İnsanovun müəyyən siyasi çağırışlar etməsi Azərbaycan cəmiyyətində heç bir reaksiya doğurmadı və doğura da bilməzdi”.
Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanda heç vaxt siyasi karyera regional təəssübkeşlik üzərində qurulmayıb. Onun fikrincə, buna cəhd etmək istəyənlər əvvəlcədən uğursuzluğa məhkumdurlar: “Müasir Azərbaycan cəmiyyəti qarşılıqlı şəkildə o qədər dərin inteqrasiya olunub ki, onu region fərqinə görə bölmək qeyri-mümkündür. Siyasət həm də fərdlərin maraqlarının təmin olunduğu fəaliyyət sahəsi olduğu üçün hər bir ictimai fəal fərd özünün marağını mücərrəd ümumi regional maraq çərçivəsində təsəvvür edə bilmir. Siyasi baxımdan yetkin olan Azərbaycan cəmiyyəti də belədir. Ona görə də siyasətçi siyasətlə, digər peşə sahibləri də uyğun fəaliyyətlə məşğul olmalıdırlar. Azərbaycanda ötən əsrin 90-cı illərini siyasi reabilitasiya etmək cəhdləri milli maraqlarımıza ziddir və heç baş tutacaq məsələ də deyil”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

