/ / Moskvada keçirilən konfransda Azərbaycandakı dövlət-din münasibətlərindən, multikultural mühitdən danışılıb
Moskvada keçirilən konfransda Azərbaycandakı dövlət-din münasibətlərindən, multikultural mühitdən danışılıb
28.03.2019 [09:38]
Rusiyanın paytaxtı Moskvada “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan din xadimlərinin, diplomatların və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfrans fərqli din və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi ətrafında fikir mübadiləsi aparmaq, eyni zamanda, bu sahədəki mövcud problemləri və perspektivləri müzakirə etmək məqsədilə təşkil olunub. Konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev təmsil ediblər.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Səyavuş Heydərov Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit, Azərbaycan həqiqətləri, o cümlədən dinlərarası dialoqun əhəmiyyəti barədə danışıb. O bildirib ki, bu gün dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi bir dünyada və zamanda dinlərarası, həmçinin mədəniyyətlərarası dialoqun bərqərar olması vacibdir. Cəmiyyətdə, böyük miqyasda götürdükdə isə dünyada tolerantlıq prinsipləri bərpa olunmayana qədər dinlərarası dialoqdan danışmaq və bu istiqamətdə səy göstərmək əbəs yerə enerji sərf etməyə bənzəyir. Dinlərarası və mədəniyyətlərarası dialoqa nail olmaq, sülh və əmin-amanlıq üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası, ölkələrin səylərinin birləşdirilməsi zəruridir. Bu baxımdan, Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Vicdan azadlığını insan hüquq və azadlıqlarının yalnız bir parçası kimi deyil, həm də tarixi dəyər kimi uca tutan Azərbaycan xalqı müxtəlif dini inanclı insanların birgəyaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Məhz bu səbəbdən, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən, dözümsüzlüyün bütün formalarını rədd edən humanist məkan kimi öz mövqeyini qoruyub saxlaya bilib.
Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizdə din sahəsində sabitlik əldə edildiyini, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimləndiyini, konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması üçün hüquqi baza yaradıldığını deyən Səyavuş Heydərov Azərbaycanın dövlət-din münasibətləri modelinin hazırda Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirildiyini və bu modelin dünyada nümunə kimi qəbul olunduğunu vurğulayıb. O deyib ki, hazırda Azərbaycan dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan dini və etnik zəmində baş verən qarşıdurmaların qarşısının alınmasında öz əməli fəaliyyəti ilə hərəkətverici qüvvəyə çevrilib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, 10 ilini tamamladığımız “Bakı Prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırışdır.
Konfrans iştirakçılarını Azərbaycan həqiqətləri barədə də məlumatlandıran sədr müavini qeyd edib ki, tarixi Azərbaycan torpaqlarının 20 faizindən çoxunun monokultural siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına, Dağlıq Qarabağ ərazisində çoxsaylı dini, mədəni və tarixi abidələrimizin Ermənistan silahlı birləşmələri tərəfindən dağıdılmasına baxmayaraq, Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə edilir. Təkcə bu faktların özü Azərbaycan dövləti və xalqının yüksək tolerant və multikultural mənəviyyatının bariz sübutudur.
Hacı Salman Musayev çıxışında konfransın çox aktual mövzuya həsr edildiyini və zamanın tələbi olduğunu bildirib. Vurğulayıb ki, qloballaşan dünyada dinlərarası sülhə ehtiyac duyulur. Müsəlmanların ekstremist kimi təqdim olunması cəhdləri dünyanın müxtəlif bölgələrində davam edir və İslamın mahiyyəti haqsızlıqla təhrif edilir. Yeni Zelandiyada törədilən terror aktı bunun bir nümunəsidir. Ekstremizmə, radikalizmə qarşı olan xarici düşmənçiliyin bütün təzahürlərini, xüsusən islamofobiyanı aradan qaldırmaq yalnız dövlətlərin, ictimai və siyasi xadimlərin, o cümlədən dini qurumların birgə səyləri ilə mümkündür. Din siyasətdən ayrı olsa da, qlobal reallığın ayrılmaz bir hissəsidir. Zamanın özü, baş verən proseslər bizdən birgə səylərimizi artırmağımızı tələb edir.
S.Musayev çıxışının sonunda diqqətə çatdırıb ki, Rusiya həmişə İslam dünyasına, müsəlman mədəniyyətinə xoş münasibəti ilə seçilib. Çoxmillətli və çoxkonfessiyalı bir dövlət olaraq Rusiya ənənəvi dinlərin normal varlığı və inkişafı üçün bütün lazımi şərait yaradır. Bugünkü konfrans da bu münasibətin məntiqi nəticəsidir.
Beynəlxalq konfrans işini panellərlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

