“Qlobal Bakı Forumu mühüm dialoq platformasıdır”
16.03.2019 [10:01]
“Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından olduqca mühüm dialoq platformasıdır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq ənənə halını alıb və əgər Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqin ifadəsilə desək, dünya liderlərinin bir növ illik görüş yeri platformasına çevrilib: “Mart ayının 14-də 7-ci Qlobal Bakı Forumu baş tutdu və hər şeydən öncə iştirakçılığın miqyası və iştirakçıların nüfuzu ilə yadda qaldı. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etdi ki, bu fakt özü-özlüyündə bir qiymətləndirmə göstəricisidir. Nəzərə almaq lazımdır ki, onların içərisində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var ki, bunlar beynəlxalq və milli səviyyəli aktorlar olmaqla hazırda və keçmişdə dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlardır. Bu fakt isə əslində forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla, həm də Azərbaycana olan münasibətin əyani ifadəsidir.
Qlobal Bakı Forumunun builki gündəliyi olduqca aktual bir mövzuya - “Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr olunmuşdu. Bununla yanaşı, plenar iclasdan sonra 10 paneldə bu mövzudan doğan daha bir neçə aktual məsələ müzakirəyə təqdim olundu ki, bunlar da Yaxın Şərqdə təhlükəsizlik məsələlərindən başlamış multikulturalizmə qədər, dayanıqlı inkişaf problemindən başlamış gənc nəslin xarici siyasət perspektivlərinə qədər olduqca geniş beynəlxalq spektri əhatə edir. Göründüyü kimi, Qlobal Bakı Forumu bir növ beyin fırtınası metodu ilə siyasi intellektual müstəvidə dünyanın ən yeni çağırışlarının azad şəkildə müzakirə edildiyi bir platforma rolunu oynayır. Dəyişən qlobal şərtlər içərisində Azərbaycanın xarici siyasət kursunu şərh edən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti dünyada baş verən proseslərlə üzvi şəkildə bağlı olan, ancaq bununla belə, həm də müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kimi xarakterizə edərək bildirdi ki, biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu fikirlər Azərbaycanın sülhpərvər siyasətinin bütün dünyaya bir daha bəyan edilməsi idi. Ancaq bu kontekstdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə toxunan Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dilə gətirərək, Ermənistanın işğalçılıq siyasətini forum iştirakçılarının diqqətinə təqdim edərək bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Status-kvo qəbuledilməzdir.
Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır. Bu fikirlər dünyada sülh və dialoq istəyən beynəlxalq mərkəzlərə bir çağırış idi. Əgər, doğrudan da, dünya sülh içində, sabitlik içərisində yaşamaq istəyirsə, o zaman ikili standartlar siyasətinə son qoyulmalı, beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir. Məhz bu istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik layihələri, enerji və kommunikasiya layihələri regionda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb ki, bu da həm Avropanın enerji təhlükəsizliyi, həm də bütövlükdə subregionun ümumi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Çoxsaylı faydalı tərəfləri olan Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından bundan sonra da cəlbedici dialoq platforması kimi aktual olaraq qalacaq”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

