/ / Rauf Əliyev: Azərbaycan Avropa İttifaqının ümumi təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat layihələri üzrə əsas tərəfdaşlarından biridir
Rauf Əliyev: Azərbaycan Avropa İttifaqının ümumi təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat layihələri üzrə əsas tərəfdaşlarından biridir
15.03.2019 [16:34]
“Martın 13-də Avropa Parlamentinin plenar iclasında böyük səs çoxluğu ilə “Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinə Avropa əleyhinə təbliğata strateji cavab tədbirləri” barədə mühüm qətnamə qəbul edilib. Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə alt komitənin sədri Anna Fotuqanın müəllifi olduğu qətnamə ilə üçüncü ölkələrdən yönəlmiş dezinformasiyalara qarşı tədbirlərin görülməsi üçün Avropa İttifaqının xarici siyasət xidmətinə tövsiyə qəbul edilib. Tövsiyədə göstərilir ki, belə dezinformasiyaların yayılması Şərq tərəfdaşlığı ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradır”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, həmin gün plenar iclasda böyük səs çoxluğu ilə daha bir qətnamə qəbul edilib. Onun sözlərinə görə, “Avropa Komissiyasına və Avropa İttifaqının xarici nümayəndələrinin fəaliyyəti ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinə tövsiyələr” haqqında qətnamədə qeyd olunur ki, Avropa İttifaqının xüsusi nümayəndələrinin fəaliyyət dairəsi, onların mandatı və rolu Avropa İttifaqının xarici siyasət üzrə müəyyənləşdirilmiş qlobal strategiyasına uyğun olmalıdır. Bu strategiya Avropa İttifaqının xarici siyasətinin əsaslarını müəyyənləşdirən konsepsiya olaraq Avropa İttifaqı daxilində və ondan kənarda olan dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığı prinsiplərini Avropanın təhlükəsizliyinin əsas elementləri kimi qəbul edib.
“Faktiki olaraq Avropa Parlamentinin bir plenar iclasında iki dəfə böyük səs çoxluğu ilə Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq olunduğu nümayiş etdirilib. Bu sadəcə bir diplomatik uğur deyil. Son dörd il ərzində Avropa İttifaqının bütün institutları müntəzəm olaraq əsas sənədlərində Şərq tərəfdaşlığı, həm də Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıdığını təsdiq edib. Avropa Parlamentinin son iki qətnaməsinin Ermənistanın baş nazirinin Brüsselə səfərindən bir həftə sonra qəbul edilməsi “konyak diplomatiyasına” havadarlıq edənlərə ciddi mesajdır. Azərbaycan hazırda Avropa İttifaqının ümumi təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat layihələri üzrə əsas tərəfdaşlarından biridir. Bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə böyük dəyişikliklər müşahidə olunur. 500 milyon əhalisi olan bir İttifaqla 28 illik müstəqillik tarixi olan Azərbaycan arasında bərabərhüquqlu dialoqa əsaslanan qarşılıqlı münasibətlər formalaşıb. Şərq tərəfdaşlığı ölkələrinin heç biri buna nail olmayıb. Qeyd olunan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş, balanslaşdırılmış siyasət nəticəsində əldə olunmuşdur. Əminliklə demək olar ki, cənab Prezidentin bu siyasəti nəticəsində bütün Azərbaycan xalqının səbirsizliklə həllini gözlədiyi Dağlıq Qarabağ məsələsi də öz həllini tapacaq”, - deyə R.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

