/ / Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə sosial müdafiə tədbirlərinin əhatə dairəsi daha da genişləndirildi
Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə sosial müdafiə tədbirlərinin əhatə dairəsi daha da genişləndirildi
28.02.2019 [16:45]
Ekspertlər dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncama əsasən ölkəmizdə sosial müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılmasının təqdirəlayiq olduğunu bildirirlər
Azərbaycanda dinamik inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Ümumiyyətlə, sosial sahədə ardıcıl olaraq həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, vətəndaşların hərtərəfli qayğı ilə əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Bu məqamda qeyd etmək yerinə düşər ki, təkcə 2019-cu ilin əvvəlindən etibarən Azərbaycanın dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkə vətəndaşlarının gəlir imkanlarının artırılmasına hesablanan bir sıra Fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixdə imzaladığı Sərəncam da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir inqilabi addımdır. Sənəddə vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə sosial müdafiə tədbirlərinin əhatə dairəsi daha da genişləndirilib. Qeyd edilir ki, sözügedən Sərəncama əsasən ölkəmizdə sosial müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması təqdirəlayiqdir. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, Azərbaycanda uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir və bu, ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Azərbaycanın həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Başqa sözlə, Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla sosial müavinətlər və təqaüdlər, yəni 600 minə yaxın insana dövlət qayğısı əhəmiyyətli şəkildə artırılıb. Sözügedən Sərəncamla sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasından başqa, həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur. Sərəncama əsasən edilən artımlara görə cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir”.
S.Qafarova əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradan sözügedən Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi kimi müddəalar yer alıb. “Beləliklə, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir inqilabi addım atdı. Azərbaycanda sosial müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması dövlətin öz vətəndaşlarına verdiyi dəyəri ifadə etməklə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin davamlı xarakter daşıdığını göstərir”, - deyə millət vəkili vurğulayıb.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva isə deyib ki, Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişafına xidmət edən sərəncamları, fərman və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Onun sözlərinə görə, 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqının 38 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, həmçinin minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşının dayandığını bir daha sübut etmiş olur.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev sosial tədbirlərin davam etdirilməsi üçün müvafiq addımların atılması istiqamətində tapşırıqlar da verib: “Məsələn, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu problemlə də əlaqədar dövlətimizin başçısı xüsusi həssaslıq nümayiş etdirib və məsələnin vətəndaşların xeyrinə həll edilməsi üçün müvafiq göstərişlər verib. Əminəm ki, bu problem də qısa zaman ərzində həllini tapacaq”.
“Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən sosial siyasət sistemli, düşünülmüş kompleks tədbirlərdən ibarətdir”, - deyə Sədaqət Vəliyeva vurğulayıb.
Nurlan
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

