/ / ABŞ-ın “News Blaze” nəşri Xocalı faciəsi və erməni tərəfinin cəzasız qalması barədə məqalə dərc edib
ABŞ-ın “News Blaze” nəşri Xocalı faciəsi və erməni tərəfinin cəzasız qalması barədə məqalə dərc edib
27.02.2019 [09:48]
ABŞ-ın “News Blaze” nəşrinin dərc etdiyi amerikalı jurnalist və publisist Nurit Qringerin “Azərbaycanda da deyirlər: “Bir daha heç vaxt!” sərlövhəli məqaləsində Xocalı faciəsindən, bu kütləvi qırğının günahkarlarının cəzasız qalmasından, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) erməni təcavüzünə münasibətdə fəaliyyətsizliyindən bəhs edilir.
AZƏRTAC xəbər verir ki, müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə soxulmasından, erməni əsgərlərinin qarşılarına çıxan günahsız insanların hamısını, o cümlədən qadınları, uşaqları, qocaları güllələmələrindən, 613 dinc sakini vəhşicəsinə qətlə yetirmələrindən yazır. Həmin gecə minə yaxın azərbaycanlı erməni təcavüzkarları tərəfindən əsir və girov götürülüb.
Azərbaycan tərəfinin, “Memorial” hüquq müdafiəsi mərkəzinin, “Human Rights Watch” təşkilatının, digər beynəlxalq qurumların və müşahidəçilərin məlumatına görə, soyqırımı aktı MDB-nin 366-cı alayının hərbçilərinin iştirakı ilə etnik erməni silahlı dəstələri tərəfindən törədilib. Qringer qeyd edir ki, erməni tərəfinin təcavüzü Xocalı qətliamı ilə bitməyib. 1993-cü ildən 1994-cü ilədək erməni qoşunları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik olan rayonları işğal edib, bununla da suveren Azərbaycanın ərazilərinin 20 faizini ələ keçiriblər. Münaqişə nəticəsində 800 min azərbaycanlı məhz öz ölkəsində məcburi köçkünə çevrilib.
BMT-nin Təhlükəsizlik Şurası bu işğalı və etnik təmizləməni pisləyərək 4 qətnamə qəbul edib. Qətnamələrdə erməni qoşunlarının işğal etdikləri Azərbaycan rayonlarından çıxarılması tələb edilir. Lakin Ermənistan bu günədək bu qətnamələrə məhəl qoymamağı davam etdirir və BMT Ermənistanı bu qətnamələrin şərtlərini yerinə yetirməyə məcbur etmək üçün heç bir fəaliyyət göstərmir. Müəllif qeyd edir ki, Xocalı soyqırımı haqqında həqiqətin yayılması məqsədilə 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası başladı.
Məqalədə, həmçinin ötən həftə Los-Ancelesdəki İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilən tədbirdən danışılır. Vurğulanır ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin çıxış etdiyi tədbirdə bir sıra ölkələrin baş konsulları, dini liderləri və icma rəhbərləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

