Milli lider fenomeni: şəxsiyyət və müasirlik
11.11.2009 [10:29]
Heydər Əliyev hakimiyyətə gələndən sonra yeni regional diplomatiyanın bütöv bir strategiyasını həyata keçirməyə başlamışdı. Şəxsiyyət, ilk növbədə, dolğun şəxsiyyət istənilən səviyyədə və vəzifədə olan insanları əməkdaşlığa cəlb edə bilər. Britaniya Kraliçası II Elizabet deyib: “Heydər Əliyevin ölkələrimiz arasında əlqələrin möhkəmlənməsində və Azərbaycanın inkişafında xidmətləri çox böyükdür. Mən 1998-ci ilin iyulunda Onun Birləşmiş Krallığa səfəri zamanı görüşümüzü çox yaxşı xatırlayıram”.
Böyük Britaniya Kraliçasının bu sözləri Heydər Əliyevin bütün səviyyələrdə insanlarla qarşılıqlı münasibətlər qurmaq kimi fenomenal keyfiyyətindən xəbər verir.
Respublikanın çətin günlərində xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev ən dəhşətli faciənin - Azərbaycan Respublikasının parçalanmasının qarşısını aldı. Onun siyasi və iqtisadi əməkdaşlığın strateji tərəfdaşlıq istiqamətində inkişafı kursu bu formatda təkcə MDB məkanında deyil, habelə hegemon ölkələrlə münasibətlər qurmağa imkan verirdi. O, türk dünyası ilə əlaqələri qoruyub saxladı və genişləndirdi, Rusiya ilə münasibətləri tənzimlədi, özünün islam köklərini də unutmadı, nəhayət, Qərb ilə qarşılıqlı etimada əsaslanan münasibətlər yaratdı. 1995-2007-ci illərdə Fransanın Prezidenti olmuş Jak Şirak Onu belə xatırlayır: “Bu nadir şəxsiyyət Azərbaycanı firavanlığa qovuşdurdu. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlarda Onun qəhrəmanlığını, müdrikliyini, münaqişəni sülh yolu ilə həll etmək əzmini yüksək qiymətləndirirəm”.
Şəxsiyyətin tarixi hadisələrə təsir göstərmək bacarığı Onun böyüklüyündən xəbər verir. Ən çətin yükü də adətən məhz tarixin gərdişini dəyişmək iqtidarında olan siyasətçilər daşıyırlar. Politoloqlar dövlət xadimlərinin bu yükü daşımaq bacarığından, ölkənin tarixi inkişafının hansı istiqamətini seçməsindən asılı olaraq şəxsiyyət fenomenini tarixi liderlərin mühafizəkar, islahatçı, yaxud inqilabçı kimi üç növündən birinə aid edirlər. Müasir şəraitdə islahatçı, adət-ənənələri, mənəvi mədəniyyəti qoruyub saxlaya bilən, eyni zamanda, mürəkkəb islahatlar dövrünün və ictimai şüurun dekonstruksiyasının məsuliyyətini üzərinə götürə bilən liderlərə ehtiyac var.
Sovet İttifaqının süqutu, iqtisadi və siyasi kollaps ərəfəsində olan respublika, dəstək və dövrün suallarına cavab axtaran xalq Heydər Əliyev şəxsiyyətinin müstəsna keyfiyyətlərini üzə çıxardı. Uzun illər keçməsinə baxmayaraq, aydındır ki, Heydər Əliyev respublikanı millətçilikdən və dini fanatizmdən qurtarıb, “Azərbaycançılıq” anlayışını vətəndaşlıq keyfiyyətinin tərkib hissəsi elan edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

