Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçası yenidən qurulacaq
15.02.2019 [09:35]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, direktor Sahilə Hüseynova 280 yerlik bağçada hazırda 4 qrup üzrə 75 uşağın təlim-tərbiyə aldığını deyib. Bildirilib ki, ümumilikdə 20 nəfərlik heyət uşaqların sağlam, bilikli, bacarıqlı və vətənpərvər ruhda böyümələri üçün çalışır. Aparılan təlim-tədris prosesi uşaqların ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün ilkin bilgilər vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaq məqsədi daşıyır.
Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, 32 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1985-ci ildə inşa edilib. Hazırda bu məktəbəqədər təhsil müəssisəsində əsaslı təmirə ehtiyac yaranıb.
Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni bağçalar istifadəyə verilir, mövcud olanların isə əsaslı yenidən qurulması həyata keçirilir. Bu məqsədlə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı uğurla icra olunur.
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 32 saylı körpələr evi-uşaq bağçasının da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

