İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib
12.02.2019 [09:43]
Fevralın 11-də İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İslam İnqilabının 40-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 40 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif uğurların qazanıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, İran İslam Respublikası ötən müddətdə regional sabitlik amili kimi çıxış edib.
Ölkələrimiz arasındakı münasibətlərdən danışan diplomat deyib ki, İran ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub. C.Cahangirzadə deyib ki, iki qardaş xalq arasında çoxşaxəli əməkdaşlıqlar, qırılmaz tellər yaratmışıq. Son illər ölkələrimiz arasında qarşılıqlı turist mübadiləsinin artması ölkələrimiz arasındakı dostluğun nəticəsidir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib. Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlərin birləşdirdiyini deyən nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb. Dövlətlərimizin başçılarının son beş ildə 12 dəfə görüşməsi əlaqələrimizin inkişafına ən yüksək səviyyədə verilən böyük önəmin göstəricisidir.
İkitərəfli əməkdaşlığın möhkəm müqavilə-hüquq bazasının yaradıldığını vurğulayan Ş.Mustafayev bildirib ki, indiyədək 150-dən artıq sənəd, o cümlədən iqtisadi sahədə bir sıra mühüm sənədlər imzalanıb. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin imzalanması ölkələrimiz arasında çoxtərəfli formatda da əməkdaşlığın genişləndiyini göstərir. Əlaqələrin inkişafında Hökumətlərarası Konvensiyanın və parlamentlərarası işçi qruplarının da mühüm rolu var. Cari ilin martında Azərbaycanda keçiriləcək Komissiyanın 13-cü iclası zamanı da səmərəli müzakirələr aparılacaq, yeni razılıqlar əldə ediləcək.
Ticarət əlaqələrinin inkişafından danışan Ş.Mustafayev qeyd edib ki, 2017-ci illə müqayisədə ötən il qarşılıqlı ticarət dövriyyəsi təqribən 74 faiz artıb. Əlaqələrimizin daha da genişlənməsi məqsədilə hər iki ölkənin paytaxtında, eləcə də regionlarında iş adamlarının iştirakı ilə müntəzəm görüşlər, biznes forumlar, sərgilər və digər işgüzar tədbirlər keçirilir. İranın ölkəmizə yatırdığı 3,4 milyard dollar investisiyanın 3,3 milyard dolları neft sektoruna, 120 milyon dolları isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycanda xidmət, rabitə, ticarət, sənaye, tikinti, bank və sığorta, nəqliyyat və digər sahələrdə minə yaxın İran şirkəti fəaliyyət göstərir. Ötən il Neftçala Sənaye Məhəlləsində açılışı həyata keçirilmiş “Xəzər” avtomobil zavodunun uğurlu fəaliyyəti səmərəli investisiya tərəfdaşlığının bariz nümunəsi olmaqla yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.
Nazir vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır. Bu gün böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin reallaşdırılması üçün mühüm addımlar atılır. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb, eyni zamanda, İran ərazisində bu istiqamətdə görülən işlərə dəstək verir.
İki ölkə arasında turizm sahəsində artan əməkdaşlığı xüsusilə qeyd edən nazir bildirib ki, İrandan Azərbaycana səfər etmiş turistlərin sayında dəfələrlə artım müşahidə olunub. “ASAN viza” vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları ön sıralardadır.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

