Kubanın Azərbaycandakı səfiri AZƏRTAC-ın ispan dili bölməsinin fəaliyyəti ilə tanış olub
12.02.2019 [09:33]
Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portoundo AZƏRTAC-da yeni fəaliyyətə başlayan ispan dilində informasiya bölməsinin işi ilə tanış olub.
Diplomat bölmənin əməkdaşları ilə görüşüb, xəbərin ispan dilində təqdimatı, ispandilli auditoriya üçün Azərbaycanla bağlı maraqlı ola biləcək informasiyalar barədə fikir mübadiləsi aparıb. AZƏRTAC-ın ispan dilində xəbər yayımına başlamasını önəmli addım hesab edən səfir bunun Azərbaycan haqqında ispandilli ölkələrdə geniş təsəvvür yaranmasına və bu ölkələrin agentlikləri ilə əlaqələrin genişlənməsinə təkan verəcəyini söyləyib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ispan dilində xəbər yayımının agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Kubanın Prensa Latina informasiya agentliyinin AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq təşəbbüsünü yüksək qiymətləndirərək deyib: “Dünyada ən çox danışılan ikinci dil olan ispan dilində xəbərlərimizin yayılması Azərbaycan haqqında məlumatların böyük auditoriyaya, Kuba və digər ispandilli ölkələr barədə xəbərlərin isə yerli oxuculara çatdırılması deməkdir. Prensa Latina ilə əməkdaşlıq sənədinin imzalanması birgə layihələr həyata keçirmək, informasiya və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yarada bilər”.
AZƏRTAC-ın Azərbaycanda ispan dilində xəbər mənbəyi olmasının önəmini qeyd edən səfir Alfredo Fidel Nieves Portoundo Prensa Latina ilə müqavilənin imzalanması üçün dəstək verməyə hazır olduğunu deyib. “Agentliklərimiz arasında tərəfdaşlıq hər iki ölkə haqqında məlumatların geniş yayılması üçün yaxşı zəmin ola bilər”, - deyə diplomat bildirib.
Səfirə AZƏRTAC-ın hazırda Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik etməsi, dünyanın 21 ölkəsində müxbir məntəqəsinin fəaliyyət göstərməsi, bir sıra ispandilli informasiya agentlikləri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri barədə də məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

