Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir
07.02.2019 [09:39]
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə əsasən 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, siyahıların yüksək səviyyədə dəqiqləşdirilməsi üçün bu genişmiqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub. Dəqiqləşdirmə prosesində həm Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir.
Qanunvericiliyə uyğun olaraq, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını fevralın 5-dək müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.
Bundan sonra dairə seçki komissiyaları seçici siyahılarını yoxlayaraq əlaqədar qurumlardan daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil etməli və öz hüdudları daxilində müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını dəqiqləşdirərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyası da öz növbəsində, vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçicilər siyahısının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, hər hansı bir səbəbdən adlarını seçici siyahılarında tapmayan vətəndaşlar Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xəttinə zəng vura və ya Komissiyanın internet səhifəsində olan onlayn ərizə formasını doldurmaqla müraciət edə bilərlər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

