Azərbaycan Prezidentindən xalqa xidmətin növbəti nümunəsi
30.01.2019 [10:05]
Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlətimizin başçısının xüsusi olaraq nəzarətindədir. Elə bunun nəticəsidir ki, indiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, 2018-ci ildə isə 626 mənzil verilib. Bu il, həmçinin bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi planlaşdırılır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Prezident Sarayında şəhid ailələri ilə görüşü onlara olan diqqət və qayğının bariz nümunəsidir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”. Dövlətimizin başçısının bu fikirləri xalqa xidmət nümunəsinin parlaq təzahürüdür. Dövlətimizin başçısı bununla bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi, şəhid ailələri və bu kateqoriyadan olan insanların daim dövlətin diqqət mərkəzində olduğunu göstərdi. Hesab edirəm ki, bu amil xalq-iqtidar, xalq-Prezident birliyini daha da möhkəmləndirir, onu daha güclü və sarsılmaz edir.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu günlərdə Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı növbəti Sərəncamı bu kateqoriyadan olan insanlar, eyni zamanda, xalq tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandı: “Sərəncama əsasən, ərazi bütövlüyümüz, müstəqilliyimiz və konstitusiya quruluşumuzun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinə 35 milyon manat ayrıldı. Doğrudan da bu, böyük diqqətdir, qayğıdır. Düşünmürəm ki, dünyanın hansısa ölkəsində vətəndaşa bu qədər qayğıkeş münasibət olsun. Hesab edirəm ki, möhtərəm Prezidentimizin atdığı növbəti humanist addımlar onun xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir, dünyaya əsl dövlət başçısı nümunəsini göstərir”.
Xəbər lenti
Hamısına baxİdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30

