/ / Sahibə Qafarova: Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması humanizm ideyalarının yaşadılmasına bir çağırışdır
Sahibə Qafarova: Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması humanizm ideyalarının yaşadılmasına bir çağırışdır
24.01.2019 [09:49]
Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töhfələr verib.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın qurumun sessiyası çərçivəsində yayılmış yazılı çıxışında yer alıb.
Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mədəniyyət sahəsində çox ciddi addımlar atılıb, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar, mədəniyyət siyasətinin prioritetlərini müəyyən edən çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib. Bu siyasətin əsas prinsiplərindən birini mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi təşkil edir. Avropa Şurasına üzv olan ölkələrin mədəni zənginliklərinin, mədəni mirasının qorunmasının, bu sonsuz xəzinənin gələcəyin qurulmasında rolunun təşviq olunmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu vurğulayan S.Qafarova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalaması böyük əhəmiyyətə malik bir hadisədir. O deyib: “İmadəddin Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. Onun əsərlərində humanizm, barış kimi ümumbəşəri ideyalar yüksək poetik şəkildə tərənnüm olunub. Onun yaradıcılığı nəinki Azərbaycan xalqının, o cümlədən, bütün bəşəriyyətin fəlsəfi fikir tarixində dərin izlər qoyub. Altı əsr əvvəl yaşamış böyük şair və mütəfəkkirin Azərbaycan ədəbiyyatında və fikir tarixində müstəsna yeri vardır. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifidir”.
Sahibə Qafarovanın sözlərinə görə, Nəsiminin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. “Şərqin böyük filosofunun fikirləri bir növ Qərb mədəniyyətinin və ədəbiyyatının nümayəndələrinin fikirlərinə bənzəyir. Azərbaycanda 2019-cu ilin məhz belə bir böyük sənətkarın adı ilə adlandırılması bir daha böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışdır. Mən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin bu çağırışa cavab verəcəyinə və dünya səviyyəsində humanizm və tolerantlıq ideallarının qalib gələcəyinə inanıram”, - deyə deputat vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

