Hafiz Paşayev: Biz həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
22.01.2019 [10:04]
Xalqımızın azadlıq mübarizəsi tarixinə oyanış günü kimi düşən Qara Yanvar hadisələrini gənclər heç zaman unutmamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrə müraciətində vurğulayıb. O bildirib ki, tarixi unutmaq xalqların qarşısına yeni faciələrə səbəb ola bilər. Millətimizin 1980-ci illərin sonunda başladığı azadlıq uğrunda mübarizəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də 1918-ci ilin faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Rektor deyib: “Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq. Bir gəncin dövlətinə verə biləcəyi ən böyük töhfə onun təhsilli olmasıdır. Güclü kadrları olan ölkənin mövqeyi də güclüdür. ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdırlar”.
ADA Tələbə Şurasının təşkil etdiyi “20 Yanvar: qanlı yaddaşımız” tədbirində tələbələr qarşısında, həmçinin tarix elmləri doktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı da çıxış edib. O, Qanlı Yanvar hadisələrinin siyasi təhlilini verərək sovet ordu hissələrinin Bakıda mülki əhaliyə qarşı silahlı kütləvi qırğın törətməsini SSRİ rəhbərliyinin ağır cinayəti adlandırıb. Xatırladıb ki, hadisədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında sovet imperiyasının riyakar siyasətini ifşa edən, baş verənlərə cəsarət və qətiyyətlə düzgün qiymət verən Ümummilli lider Heydər Əliyev olub.
Tədbirdə Gənc Tamaşaçılar Teatrının bədii heyətinin üzvləri tərəfindən “Arzu və Murad” pyesindən səhnə nümayiş olunub. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyindən, qaçqınlıq şəraitində yaşayan insanların saf hisslərindən, psixoloji və mənəvi durumundan bəhs edir.
Sonda ADA tələbələri şəhidlərin xatirəsinə hazırlanan bədii proqramla çıxış ediblər. Tədbir Azərbaycan bayrağının dalğalandırılması ilə yekunlaşıb. Daha sonra ADA Universitetinin yerli və xarici müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar şəhidləri və Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən digər şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

