/ / Qriqori Trofimçuk: 20 Yanvar hadisələrinə təkcə azərbaycanlılar deyil, ruslar da qiymət verməlidir
Qriqori Trofimçuk: 20 Yanvar hadisələrinə təkcə azərbaycanlılar deyil, ruslar da qiymət verməlidir
22.01.2019 [10:03]
1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində əsas günlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan tədbirdə rusiyalı politoloq, publisist Qriqori Trofimçuk bildirib.
“Qara Yanvar” xronoloji baxımdan Tbilisi və Vilnüs hadisələrinin arasında baş verib. Bütün bunlar eyni zəncirin halqalarıdır və bütövlükdə, o vaxt hakimiyyətdə hökm sürən cinayətkarcasına məsuliyyətsizlikdən xəbər verir. Hamımızın yadındadır ki, Bakıda, Tbilisidə, Vilnüsdə nə baş verir sualına Mixail Qorbaçov necə cavab verirdi. O, hər dəfə eyni sözü deyirdi: “Mənim xəbərim yoxdur, öyrənmək lazımdır, komissiya yaratmaq lazımdır” və s. Buna görə də məsuliyyət kimi məsələni həll etmək vacibdir və Sovet İttifaqının o zamankı rəhbərliyinin cinayətkar fəaliyyətsizliyini rəsmi əsasda, hüquqi rejimdə qiymətləndirmək lazımdır. Bu qiyməti təkcə azərbaycanlılar deyil, ruslar da verməlidir”, - deyə o bildirib.
Politoloq 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycanın gələcək tarixində əhəmiyyətini qeyd edərək deyib: “Mən özümün “Əlifba: Azərbaycanı kəşf edərkən” adlı kitabımda yazmışam ki, Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir. Mən bu kitab üzərində işləməyə başlamazdan əvvəl Şəhidlər xiyabanını ziyarət etmişəm, əlimi şəhidlərin başdaşılarına sürtmüşəm. Məndə elə bir hiss var idi ki, sanki onlar o günlərin faciəli enerjisini özlərində saxlayırlar”.
Q.Trofimçuk qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində bir qara daşdır. “Lakin Azərbaycanın yeni dövlətçiliyinin bünövrəsində təkcə qara deyil, ağ daşlar da qoyulub. Azərbaycan tarixində mühüm hadisələrdən biri də Heydər Əliyevin ölkədə xaosu aradan qaldırmaq məsuliyyətini Öz üzərinə götürməsi oldu. İndi Azərbaycan gələcəyə doğru inamla irəliləyir və uğurlar qazanır”, - deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

