/ / Əli Əhmədov: “Milli şura”nın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır
Əli Əhmədov: “Milli şura”nın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır
22.01.2019 [09:57]
“Azərbaycanın ənənəvi müxalifəti cəmiyyətin siyasi konstruksiyasında özünə yer tapa bilməyib. Müxalifət, demək olar ki, unudulub. Səbəbləri barədə dəfələrlə danışmışıq. Ən əsas səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov “Trend”in “Yeni Azərbaycan Partiyası Milli Şuranın 19 yanvar mitinqini necə qiymətləndirir” sualını cavablandırarkən səsləndirib.
“Milli şura”nın 19 yanvar tarixində keçirilən mitinqinin əvvəllər olduğu kimi, yenə də uğursuz keçdiyini diqqətə çatdıran Əli Əhmədov bildirib: “Mənə belə gəlir ki, bu mitinqin əsas mənası müxalifətin öz varlığını göstərmək cəhdi ilə bağlıdır. Müxalifət öz varlığını göstərmək üçün mitinq keçirirsə, deməli, əslində, bir siyasi qüvvə kimi mövcud deyil. Digər tərəfdən, “Milli şura” insanlardan, xalqın istək və arzularından ayrı düşüb. Onun təşkil etdiyi mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsi yoxdur. Bu gün Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərdən müxalifət çox uzaqdır. Ona görə də onların mitinqi xalq üçün aktual deyil. İnanın ki, əhalinin heç bir faizinin də bu gün müxalifətin mitinqə çıxmasından xəbəri yoxdur. Cəmiyyət müxalifətə və onun kiçik, əhəmiyyətsiz mitinqlərinə çoxdan biganədir”.
YAP Sədrinin müavini “İqtidar müxalifətin mitinq fəallığının artmasından ehtiyatlanırmı” sualına cavabında isə qeyd edib ki, iqtidarın xalq tərəfindən dəstəyi kifayət qədər yüksək və qətidir: “Azərbaycanda insanlar üçün yaradılmış təhlükəsizlik və sabitlik, inkişaf, gələcəyə nikbinlik, əmin-amanlıq və s. pozitiv məqamlar xalqın bugünkü iqtidara müsbət münasibətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan köklü surətdə dəyişib, inkişaf edib. Hazırda müsbət dəyişikliklər prosesi davam edir, daha da intensivləşir. Azərbaycanın gələcəyi ilə bağlı çox böyük layihələr həyata keçirilir. İnsanların optimizmi də təbii olaraq artır. Belə olan halda kiçik müxalifətin kiçik mitinqləri iqtidara heç bir təhlükə mənbəyi deyildir”.
Əli Əhmədov əlavə edib: “Sonda onu demək istəyirəm ki, Azərbaycanda son 10-15 il ərzində çox şey müsbətə doğru dəyişib, bir müxalifətdən başqa. Bu günün ənənəvi müxalifəti inert, aktuallığını itirmiş ideyaların daşıyıcısı olan azsaylı marginal qrup olaraq qalmaqdadır. Yeni Azərbaycan Partiyası onu siyasi güc olaraq görmür”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

