/ / Bəhruz Quliyev: Avropa Parlamentinin yalan və böhtanlarla dolu “qətnaməsi” həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
Bəhruz Quliyev: Avropa Parlamentinin yalan və böhtanlarla dolu “qətnaməsi” həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
19.01.2019 [10:15]
Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin Azərbaycan dövlətinə qarşı növbəti təzyiq və qərəz kampaniyasının tərkib hissəsi olması kimsəyə sirr deyil. Bu barədə “Trend”ə açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, bu məsələdə də Sorosun adının çəkilməsi əslində kimsədə təəccüb doğurmur: “Məlum olub ki, bədnam qətnamənin həmmüəlliflərindən biri Corc Sorosun tərəfdaşı hesab edilən Rebekka Harmsdır və maraqlı budur ki, o, Sorosla əlaqələrini inkar eləmir. Nəzərə alsaq ki, Soros daim Azərbaycan dövlətinin əleyhinə fəaliyyət aparıb, bu zaman belə qənaətə gəlmək olar ki, “qətnamə”nin ilk cızma-qarasını da o sifariş verib. Aşkar yalan və böhtanlarla dolu olan “qətnamə” həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb”.
B.Quliyev əlavə edib ki, buna misal kimi, Rebekka Harmsın guya Azərbaycan dövlətinin müvafiq qurumlarına müraciət etməsi yalanını göstərmək olar. Halbuki Azərbaycanın dövlət və qanunvericilik qurumlarına, ümumiyyətlə, heç bir müraciət, sorğu daxil olmayıb.
Baş redaktor bənzər qətnamə, hesabat və bəyanatların Azərbaycan dövlətinə qarşı ilk dəfə tətbiq edilmədiyini qeyd edib. O bildirib ki, heç vaxt bu cür qərəzli hərəkətlər qarşı tərəflərin istədiyi nəticələrə gətirib çıxarmayıb: “Yalan ayaq tutar, amma yeriməz” deyilən bir atalar sözümüz var. Onların da həmin cəhdləri belə ağ yalandır, lakin ictimai rəy bu cür yalanlara uymur. Əksinə, Avropa Parlamentinin bəzi üzvlərinin ikiüzlülüyü, ermənipərəst dairələrin maraqlarına uyğun fəaliyyət göstərdikləri bir daha öz təsdiqini tapır. Bu gün Azərbaycanda heç kimin siyasi təqiblərə məruz qalmaması ilə yanaşı, ölkəmizdə demokratiya və plüralizm faktoru daim qabaqcıl yerlərdədir. Söz və ifadə azadlığından tutmuş, digərlərinə qədər bütün azadlıqlar qorunur. Belə olan halda Avropa Parlamentinin anti-Azərbaycan xarakterli mövqeyi, deyərdim ki, uğursuzluq dalanına söykənir”.
Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etdiyini deyən siyasi ekspert qeyd edib ki, ölkəmiz milli maraqlarına uyğun, qarşılıqlı maraqlara cavab verən məsələlərin gündəmə çıxarılaraq müzakirə olunmasında, müəyyən qərarların qəbulunda dəstəkçi rolunda çıxış edir: “Bu gün ölkəmiz BMT-nin bir çox komissiyalarında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, eləcə də digər beynəlxalq təşkilatlarda fəaliyyət göstərir, hətta qlobal məsələlərdə təşəbbüskar, ideyaverici kimi öz uğurlu sözünü deyir. Belə olan vəziyyətdə Sorosun əlaltıları vasitəsilə Avropa Şurasında, yaxud Avropa Parlamentində səslənən qərəzli fikirlər, Azərbaycan əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz. Deyərdim ki, bu cür riyakarlıqlar həm də Azərbaycan xalqının iradəsinə qarşı yönəldilmiş bir təzyiq vasitəsidir. Lakin belə cəhdlər və onların icraçıları heç vaxt öz məqsədlərinə çata bilməyəcəklər. Azərbaycan əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

