Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06.11.2009 [10:00]
Həmid Bəğayi dostluq və mehriban qonşuluq şəraitində yaşayan xalqlarımızın iradəsi ilə daim genişlənən əlaqələrimizin hər iki ölkə əhalisinin ümumi rifahına xidmət etdiyini vurğulayıb, səfərin əsas məqsədinin İİR ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, mədəni, turizm əlaqələrinin inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarət olduğunu bildirib.
Vasif Talıbov iki ölkə arasında əlaqələrin çox yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə edərək deyib: “Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə iqtisadi, mədəni və humanitar sahələrdə yaxşı əlaqələri vardır. Bu əlaqələrin yüksək səviyyədə olması hər iki ölkədən bir-birinə gediş-gəlişin daha da artmasında öz təsdiqini tapır. Hazırda qarşılıqlı gediş-gəlişlərdə heç bir problem yoxdur. Xalqlarımızın ortaq mədəniyyət, din və adət-ənənə bağlılığı var. İnsanlar bir-birinə qaynayıb-qarışıb, yaxınlaşıblar. Belə əlaqələrin tarixi isə qədim köklərə bağlıdır və hazırda ölkələrimiz arasında yaxşı əlaqələr insanların bir-birinə daha da yaxınlaşmasına şərait yaratmışdır. ölkələrimizin prezidentləri arasındakı əlaqələr də bütövlükdə ikitərəfli əlaqələri daha da möhkəmləndirmişdir. Qarşılıqlı əlaqələr gündən-günə inkişaf etdirilir. Gömrükxanalar 24 saat işləyir. ötən ay Şahtaxtı Gömrük İdarəsində müasir tələblərə cavab verən böyük bir sərhəd-keçid kompleksi istifadəyə verilmişdir. 2007-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikası Baş nazirinin iştirakı ilə Şahtaxtı-Poldəşt körpüsünün açılışı olmuşdur. Hazırda Araz çayı üzərində yeni Culfa-Culfa körpüsü tikilir. Belə əlaqələr ölkələrimiz və xalqlarımız arasında getdikcə artan iqtisadi, mədəni və humanitar əməkdaşlığa layiqli töhfədir. Bu gün Naxçıvan Dövlət Universitetində İran vətəndaşları təhsil alırlar, universitetlərimiz arasında əlaqə vardır. Elmi əlaqələrin inkişaf etdirilməsi ölkələrimiz arasında əlaqələrin də möhkəm təməlini yaradır”.
Həmid Bəğayi Naxçıvana səfərinin onda xoş təəssürat yaratdığını bildirib. Görüşdə Naxçıvan MR ilə İİR arasında iqtisadi, nəqliyyat, mədəni, turizm əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. İİR-in Naxçıvandakı Baş konsulu Seyyid Məhəmməd Təbatəbayi və Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Ayxan Süleymanov görüşdə iştirak ediblər.
Qonaqlar Muxtar Respublikaya ikigünlük səfər çərçivəsində Heydər Əliyev Muzeyində, Dövlət Tarix Muzeyində olub, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət edib, Naxçıvan şəhərinin qədim tarixi abidələri, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyi, bölmənin elmi kitabxanasının “Şərq otağı”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə tanış olub, Naxçıvan Diaqnostika-Müalicə və Duzdağ Fizioterapiya mərkəzlərinə baxıblar.
AzərTAc
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

