/ / Dövlət tərəfindən həyata keçirilən ardıcıl və mütərəqqi islahatlar nəticəsində təhsil sistemi inkişaf edir
Dövlət tərəfindən həyata keçirilən ardıcıl və mütərəqqi islahatlar nəticəsində təhsil sistemi inkişaf edir
05.11.2009 [10:05]
Azərbaycanda hər bir sahədə müşahidə olunan mütəmadi inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Həm 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dönəmdə, həm də ölkəmizin müstəqillik əldə etməsindən sonra Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə yüksək qayğı və diqqətinin fonunda təhsil sistemində milli dövlətçiliyin əsaslarını möhkəmlədən ardıcıl və effektiv islahatlar həyata keçirilib...
Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə(lər) verir...
Oktyabrın 16-da Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında da təhsil sahəsində atılan addımların və reallaşdırılan proqramların yüksək göstəricilərlə nəticələndiyi bir daha təsdiq edilib. Cari ilin 9 ayı ərzində məktəbəqədər və texniki-peşə təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətlərində və yanaşı sahələrdə mühüm addımların atıldığı diqqətə çatdırılıb. çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə yaranmış sabitlik və dinamik iqtisadi yüksəliş təhsil sahəsində də əlverişli şərait yaradıb. Nazirin sözlərinə görə, elmin inkişafı üzrə növbəti dövlət proqramları təsdiq edilib, təhsil sahəsində mühüm istiqamətləri ehtiva edən və reallaşdırılan proqramların sayı 16-ya çatıb.
Bəli, bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir. Nazir Misir Mərdanovun da qeyd etdiyi kimi, artıq 10 mindən çox azərbaycanlı gənc ölkədən kənarda təhsil alır: “Onların 832 nəfəri müxtəlif ölkələrlə imzalanmış müqavilələr əsasında, 498 nəfəri isə “Prezident Proqramı” çərçivəsində müxtəlif təhsil müəssisələrində təhsil alırlar”.
Bunlarla yanaşı, təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyilləri və motivlərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri də bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir. Bu onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin mühüm vəzifə, məqsəd, meyil, motiv və inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur...
Şübhəsiz, bu proseslərin reallaşdırılması işinə təkan verən yanaşı strukturlar da mövcuddur. Bunlardan da biri və birincisi YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Fondun əsasında durduğu proseslər və atdığı addımlar Azərbaycanın təhsil sisteminin inkişafı üzrə mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir. Elə təkcə bir faktı qeyd etmək lazımdır ki, cari ilin 9 ayında Fondun təşəbbüsü ilə 6 yeni məktəb binası inşa olunub. Bu da ona dəlalət edir ki, qlobal missiyalı Heydər Əliyev Fondu bu istiqamətdə Azərbaycan təhsilinin perspektiv inkişafına təkan verən başlıca funksiyanı yerinə yetirir...
Deyilənlərlə yanaşı qeyd edilməlidir ki, artıq bütün bu təşəbbüs və proseslərin fonunda ümumi təhsilin müasir modelinin möhkəm əsasları qoyulub. M.Mərdanovun qeyd etdiyi kimi: “Daha çox “hafizəyə əsaslanan təhsil modeli”ndən imtina edilməklə birbaşa təhsil alanların inkişafına, onlarda həyati və tətbiqi bacarıqların formalaşmasına yönəlmiş “təfəkkür məktəbi”nə keçilib...”.
Şübhəsiz, bu prosesdə təkanverici amillərdən birini də bu sahəyə yönəldilən vəsait və sərmayələr təşkil edir. Müqayisə üçün qeyd edək ki, təhsil sahəsinə ayrılan vəsait 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 1,3 milyard manata çatıb, sərmayə qoyuluşlarının həcmi isə 5,2 milyon manatdan 220 milyon manatadək yüksəlib... Digər bir amil isə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı-faydalı əməkdaşlıq və mübadilələrin həyata keçirilməsidir. Bakı şəhərində İslam ölkələri təhsil nazirlərinin dördüncü və YUNESKO-nun regional konfranslarının keçirilməsi, eləcə də, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasınıda yeni layihələrin imzalanması deyilənləri bir daha sübut edir...
Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18

